ABŞ–İran qarşıdurması 6-cı ayında: Qarşılıqlı hədələr bitmir

ABŞ–İran qarşıdurması altıncı ayına keçib. Hərbi toqquşmalardan sonra tərəflər bir-birinə təzyiq göstərməklə və hədələməklə kifayətlənirlər. ABŞ sanksiyaları artırıb, İran isə təslim olmayacağını bildirir.
Bəs hazırda tərəflər hansı formada bir-birinə təzyiq edir?
Bunu ABŞ və İran rəsmilərinin açıqlamalarından görmək olar.
ABŞ Prezidenti Donald Tramp İranla başlayan hərbi qarşıdurmanın altıncı ayında Vaşinqtonun Tehran üzərində “böyük qələbə” qazandığını bildirib.
Sfera.az xəbər verir ki, Tramp İranla danışıqlara qayıtmaq üçün konkret vaxt müəyyən edilmədiyini və prosesin lazım olduğu qədər davam edəcəyini deyib.
Bu açıqlamalardan sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqə yeni təyyarədaşıyan gəmi göndərməyə hazırlaşdığı bildirilib. “USS Theodore Roosevelt” təyyarədaşıyan gəmisinin bölgədə xidmət aparan “USS George Washington”u əvəz edəcəyi və ən azı 7 ay bölgədə qalacağı qeyd olunub.
İran tərəfi isə Hörmüz boğazından keçidlərin təhlükəsizliyi ilə bağlı Omanın vasitəçiliyi ilə aparılan danışıqlarda hələ yekun razılaşmanın əldə olunmadığını açıqlayıb. Rəsmi Tehran Hörmüzdə keçidlərə nəzarətin sərtləşdiriləcəyini ABŞ və tərəfdaşlarının gəmilərinin keçidinə izacə verilməyəcəyini vurğulayıb.
ABŞ Trampın oğlu İran Barron Trampa İranın sui-qəsd hazırladığını iddia edib. Bu iddialara cavab olaraq İran Müdafiə Şurasının rəsmi nümayəndəsi Möhsün Rzayi ABŞ Prezidenti Donald Trampın kiçik oğlu Barron Trampa sui-qəsd hazırlanmasını təkzib edib. Rzayi bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Tramp isə İran iqtisadiyyatının çökmə həddində olduğunu və ölkədə hiperinflyasiyanın hökm sürdüyünü deyib.Hörmüz boğazında tankerin vurulmasından sonra dəniz daşımalarında problemlər yaranıb. Bununla yanaşı, neft qiymətlərində də azalma müşahidə olunub.
İran Vaşinqtonun təhdidlərinə cavab olaraq Yaxın Şərqdə ABŞ-nin iqtisadi maraqlarının hədəf alacağını bildirib. Rəsmi Tehran ABŞ-nin iqtisadi təzyiqinin hərbi təzyiq kimi səmərə verməyəcəyini, əksinə ABŞ-nin özünə zərər verəcəyini qeyd edib.
Qeyd edək ki, hər iki tərəfin hədələrinə baxmayaraq ciddi mənadə dəyişiklik müşahidə olunmur. Bu baxımdan analitiklər gərgin vəziyyətin 2027-ci ildə də davam edəcəyini təxmin edirlər.
İradə Elsevər






