Putinin “Sirkon”la bağlı açıqlaması Qərbi qorxuya saldı

Putinin “Sirkon”la bağlı açıqlaması Qərbi qorxuya saldı
Kateqoriya məlum deyil
T

“Rusiya Prezidenti Vladimir Putinin hipersəsli “Sirkon” raketinin təkmilləşdirilməsi ilə bağlı açıqlaması Moskvanın potensial rəqiblərinə verilmiş mesajdır”.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ-ın “Military Watch Magazine” (MWM) nəşri yazıb.

“Putin “Sirkon” raketindən danışarkən onun strateji əhəmiyyətini xüsusi vurğulayıb. Bu, Moskvanın hipersəs silahlarının Rusiyaya mühüm texnoloji üstünlük qazandırdığına dair uzunmüddətli mövqeyini bir daha təsdiqləyir.

Putinin sözləri raketlərin silahlanmaya qəbul edildikdən sonra da idarəetmə sistemlərinin davamlı şəkildə təkmilləşdirildiyini göstərir. Bu isə o deməkdir ki, istismar zamanı əldə olunan məlumatlar növbəti istehsal partiyalarında operativ şəkildə nəzərə alınır”, – deyə bildirilib.

Xatırladaq ki, iyulun 27-də Putin Rusiya Hərbi Dəniz Donanmasının komandanlığı ilə keçirilən müşavirədə donanmanın inkişaf perspektivlərindən və müasir silah sistemlərindən danışıb. O bildirib ki, Rusiya gəmilər və sualtı qayıqlar üçün yeni silahlar hazırlayır.

Prezident bu sırada hipersəsli “Sirkon” raketini də qeyd edərək vurğulayıb ki, belə silaha malik ölkələrin sayı azdır və Rusiya onu təkcə istehsal etmir, həm də daim təkmilləşdirəcək./globalinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR