Tramp İrana yenidən sərt mesaj verdi: “Görək bundan sonra nələr olacaq”

Tramp İrana yenidən sərt mesaj verdi: “Görək bundan sonra nələr olacaq”
Kateqoriya məlum deyil
T

ABŞ prezidenti Donald Tramp İrana qarşı növbəti dəfə sərt açıqlamalar verərək ABŞ-ın son əməliyyatlar zamanı Tehrana ciddi zərbələr endirdiyini və Hörmüz boğazına nəzarətin Vaşinqtonun əlində olduğunu iddia edib.

Sfera.az xəbər verir ki, Tramp bu barədə Merilend ştatındakı Endryus Birgə Hərbi Hava Bazasına qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında danışıb.

Yaxın Şərqdə həyatını itirən ABŞ hərbçilərinin xatirəsini yad edən Amerika lideri son əməliyyatlara toxunaraq “Bu gecə onları yenidən çox sərt şəkildə vurduq”, - deyə bildirib.

Trampın sözlərinə görə, İran hərbi baxımdan demək olar ki, bütün imkanlarını itirib:

“Onların cəmi bir neçə raketi, bəzi pilotsuz uçuş aparatları və müəyyən istehsal gücü qalıb. Amma bunlar kifayət deyil. Biz Hörmüz boğazına nəzarət edirik, onlar isə heç nəyə nəzarət etmirlər. Görək bundan sonra nələr olacaq”, – deyə ABŞ prezidenti vurğulayıb.

Tramp çıxışında Kanada ilə bağlı da diqqətçəkən fikirlər səsləndirib. O bildirib ki, Kanadada baş verən meşə yanğınları nəticəsində ABŞ ərazisinə yayılan tüstü ilə bağlı məsələni Baş nazir Mark Karni ilə müzakirə edib.

ABŞ prezidenti iddia edib ki, Kanada bununla bağlı Vaşinqtona kompensasiya ödəməlidir. Əks halda, Kanadadan ABŞ-a çatan tüstünün də gömrük rüsumlarına məruz qala biləcəyini söyləyib.

Mənsumə

Sfera.az

PAYLAŞ