Avropa müharibəyə hazırlaşır - Rusiya təhdidi böyüyür

Avropa müharibəyə hazırlaşır - Rusiya təhdidi böyüyür
Kateqoriya məlum deyil
T

Rusiyanın yaxın gələcəkdə NATO üzvü olan Avropa ölkələrindən birinə hücum edəcəyinə dair narahatlıq yaranıb. Avropa mediasının xəbərlərinə görə, kəşfiyyat məlumatları bu ehtimalın yüksək olduğunu göstərir.

Sfera.az xəbər verir ki, Polşa Baş naziri Donald Tusk və Fransa Prezidenti Emmanuel Makron öz açıqlamalarında bu təhlükəni vurğulayaraq ehtiyat tədbirləri görməyə çağırıblar.

Makron Fransa siyasi liderlərini məxfi kəşfiyyat brifinqinə çağırıb və daha sonra Rusiyanın artan hibrid hücumlarından vacib infrastrukturu qorumaq üçün yeni tədbirlər elan edib.

Tusk Rusiyanın NATO ölkələrinə qarşı dron və ya raket hücumları həyata keçirə və sonra onları qəza kimi təşkil edə biləcəyi barədə xəbərdarlıq edib. O, Rusiyanın NATO-nun Kollektiv Müdafiə Prinsipinin 5-ci maddəsinin "praktikadan daha çox nəzəri" olduğunu sübut etmək üçün Alyans ərazisinə hücum edə biləcəyini və bu ifadəni "kəşfiyyat qiymətləndirmələrinə" əsaslandırdığını bildirib.

Digər tərəfdən, Böyük Britaniya vətəndaşlarını müharibə ehtimalına hazırlaşmağa və konservləşdirilmiş qida və içməli su ehtiyatı yaratmağa çağırıb.

CNN-in verdiyi xəbərdə isə Rusiyanın yaxın müttəfiqi olan Belarusun keçirdiyi hərbi təlimlərə diqqət yönəldilib. Ötən həftə Belarus Baltikyanı ölkələri NATO-nun qalan hissəsi ilə birləşdirən Suvalki dəhlizi yaxınlığında genişmiqyaslı təlimlər keçirib. İddia edilir ki, Rusiya NATO-nu sınamaq üçün Suvalki dəhlizinə hücum edə və sonra nə baş verəcəyini gözləyə bilər. Həmçinin iddia edilir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya səfərində əsas məqsəd də Rusiyanı belə bir addım atmaqdan çəkindirməkdir.

Fransa kəşfiyyatı isə bir qədər də irəli gedərək Rusiyanın Avropaya mümkün genişmiqyaslı hücumu üçün tarix açıqlayıb. Fransa kəşfiyyatı potensial hücum üçün 2027-ci ilin payızına diqqət yetirdiklərini iddia edir. Potensial hədəflərə Fransadakı elektrik stansiyaları, telekommunikasiya şəbəkələri və içməli su qurğuları kimi vacib infrastruktur elementləri daxil ola bilər.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR