Tramp İspaniyadan üz döndərib: "Ticarət istəmirik"

Tramp İspaniyadan üz döndərib: "Ticarət istəmirik"
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton artıq İspaniya ilə ticarət etmək niyyətində deyil. O, Madridi NATO-da "dəhşətli tərəfdaş" adlandırıb.

Sfera.az xəbər verir ki, Tramp bu barədə NATO-nun Baş katibi Mark Rütte ilə görüşü zamanı danışıb.

"Biz artıq İspaniya ilə ticarət etmək istəmirik. İspaniya NATO-da dəhşətli tərəfdaşdır. Onlar iştirak etmirlər, öhdəliklərini yerinə yetirmirlər və lazım olan ödənişləri etmirlər", - deyə ABŞ Prezidenti bildirib.

Donald Tramp bundan əvvəl də İspaniyanın ABŞ üçün NATO daxilində etibarlı müttəfiq olmadığını söyləmişdi.

ABŞ-nin NATO yanında daimi nümayəndəsi Metyu Uitaker isə daha əvvəl Vaşinqtonun Madridin mövqeyindən narazı olduğunu açıqlamışdı. Onun sözlərinə görə, narazılığın əsas səbəbləri İspaniyanın ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları zamanı tutduğu mövqe, eləcə də ölkənin müdafiə xərclərini ÜDM-in 5 faizinədək artırmağa hazır olmamasıdır.

Məlumata görə, Madrid əvvəldən ABŞ və İsrailin İrana qarşı əməliyyatlarını dəstəkləməyib. Bundan əlavə, İspaniya öz ərazisində yerləşən hərbi bazalardan həmin məqsədlər üçün istifadə olunmasına da icazə verməyib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ