Logo

Pentaqon avtomobil şirkətlərinə möhtac qaldı

Pentaqon avtomobil şirkətlərinə möhtac qaldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) pilotsuz uçuş aparatlarının (PUA) istehsalını artırmaq məqsədilə ölkənin aparıcı avtomobil istehsalçıları ilə danışıqlar apardığı bildirilir.

Sfera.az xəbər verir ki, “Vol Strit Jurnal” mənbələrə istinadən yaydığı məlumata görə, Pentaqon azalan pilotsuz sistem ehtiyatlarını artırmaq üçün ABŞ-ın avtomobil sənayesi şirkətlərinə müraciət edib.

Mənbələrin bildirdiyinə görə, Müdafiə Nazirliyi PUA istehsalının genişləndirilməsi məqsədilə “General Motors” da daxil olmaqla, bir sıra iri avtomobil istehsalçıları ilə əlaqə saxlayıb.

Məlumatda qeyd olunur ki, hələlik tərəflər arasında hər hansı razılaşma əldə olunmayıb. ABŞ Prezidenti Donald Trampın administrasiyasının nümayəndələri avtomobil sənayesi rəhbərlərindən bu təşəbbüslə bağlı indiyədək birmənalı olmayan reaksiyalar alıblar.

Mənbələr mümkün razılaşma çərçivəsində avtomobil şirkətlərinin PUA istehsalçılarını ehtiyat hissələri və komponentlərlə təmin edə biləcəyini bildiriblər./axar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR