İspaniya
İspaniyada inflyasiya 4,9%-ə yüksəlib
İspaniyada illik inflyasiya sentyabr ayında yanacaq və sürtkü yağlarının, eləcə də paket tətillərinin bahalaşması fonunda 4,9%-ə yüksəlib. Sfera.a z xəbər verir ki, bu barədə İspaniyanın Milli Statistika İnstitutunun (INE) açıqladığı İstehlak Qiymətləri İndeksinin (İQİ) ilkin göstəricilərində bildirilib. Məlumata görə, ölkədə inflyasiya avqust ayı ilə müqayisədə 0,6 faiz bəndi artıb. Qiymət artımına əsas səbəb nəqliyyat vasitələri üçün yanacaq və sürtkü yağlarının bahalaşması olub. INE qeyd
Media29.09.2026 17:04
"Sabah"ın rəqibləri bu gün müəyyənləşəcək
UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsində Azərbaycan çempionu "Sabah"ın rəqibləri bu gün bilinəcək. Sfera.az xəbər verir ki, püşkatma mərasimi Monakoda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Püşkatmadan əvvəl yarışda iştirak edəcək 36 komandanın yer aldığı səbətlərin tərkibi müəyyənləşib. Valdas Dambrauskasın rəhbərlik etdiyi "Sabah" 4-cü səbətdə yer alıb. 1-ci səbət: PSJ (Fransa), "Bavariya" (Almaniya), "Real", "Barselona", "Atletiko" (hamısı İspaniya),
İdman27.08.2026 09:55
Avropa gələcəkdə daha çox yanğınla üzləşəcək
Avropanı qarşıdakı illərdə daha böyük meşə yanğınları gözləyir. Yeni araşdırmaya görə, lazımi tədbirlər görülməzsə, əsrin sonuna qədər qitədə yanğınlar nəticəsində məhv olan ərazilərin sahəsi 39 faiz arta bilər. Sfera.az xəbər verir ki, araşdırmanın nəticələrinə əsasən, planetin istiləşməsinin qarşısının alınması üçün ən yaxşı ssenaridə belə, meşə yanğınları ilə bağlı risklər tamamilə aradan qalxmayacaq. Karbon emissiyalarının qlobal temperaturu yüksəltməsi nəticəsində isti, quraq və küləkli
Dünya21.08.2026 10:55
Bir gündə 100-dən çox insanı sancdılar – Xəzər sahillərində də görünə bilərlərmi?
Fransa və İspaniya sahillərində uzun, zəhərli çıxıntıları olan fizaliyaların – “Portuqaliya gəmicikləri”nin kütləvi şəkildə görünməsi ciddi narahatlıq yaradıb. Sfera.az xəbər verir ki, “Financial Times”ın məlumatına görə, adətən tropik sularda rast gəlinən bu təhlükəli dəniz canlıları son vaxtlar Avropanın Atlantik sahillərində daha çox görünür. Mütəxəssislər bunun dəniz suyunun anomal istiləşməsi, küləklər və okean axınları ilə əlaqəli ola biləcəyini bildirirlər. Fizaliyaların uzun zəhərli
Dünya20.08.2026 00:11
İspaniya Superkubokunun oyunları İstanbulda keçiriləcək
İspaniya Superkuboku uğrunda oyunlar Türkiyənin İstanbul şəhərində keçiriləcək. Sfera.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb. Turnir 2027-ci il fevralın 2-7-si aralığında təşkil olunacaq. Yarışda "Real", "Barselona", "Atletiko" və "Real Sosyedad" komandaları mübarizə aparacaqlar.
İdman13.08.2026 15:28
Rodri əməliyyat olunacaq
İspaniya millisinin və "Mançester Siti"nin yarımmüdafiəçi Rodri əməliyyat olunacaq. Sfera.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinə açıqlamasında komandanın yeni baş məşqçisi Enzo Mareska danışıb. O, 30 yaşlı futbolçunun belindən əməliyyat olunacağını açıqlayıb. İtaliyalı mütəxəssisin sözlərinə görə, cərrahi müdaxilə bazar ertəsi həyata keçiriləcək: "Bazar ertəsi onu əməliyyat gözləyir. Daha sonra isə məzuniyyətə çıxacaq, dincələcək və bərpa prosesi keçəcək. Bundan sonra komandaya
İdman24.07.2026 23:18
Dünya çempionatının finalıdır - İspaniya və Argentina üz-üzə - CANLI
Futbol üzrə 2026-cı il dünya çempionatının final oyunu start götürüb. Sfera.az xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən "MetLife" stadionunda keçirilən həlledici qarşılaşmada İspaniya və Argentina milliləri dünya çempionu adı uğrunda mübarizə aparırlar. 80 633 azarkeş tutumuna malik arenada keçirilən oyunu minlərlə futbolsevərlə yanaşı, ABŞ Prezidenti Donald Tramp və FIFA prezidenti Canni İnfantino da tribunadan izləyirlər. Qeyd edək ki, İspaniya tarixində
İdman19.07.2026 23:14
DÇ-2026-da məğlub olmayan yeganə komanda...
2026-cı il Dünya Çempionatında İspaniya unikal nailiyyətlə yadda qalıb. Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, İspaniya cari çempionatda məğlub olmayan yeganə klubdur. Əvvəllər tarixdə yalnız üç dəfə komandalar heç bir oyunda məğlub olmadan dünya çempionatını qazanıb: Almaniya (1938, 1982) və İtaliya (1990). İspaniya və Argentina arasında 2026-cı il Dünya çempionatının finalı bu gün keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İdman19.07.2026 19:20
Tramp İspaniyadan üz döndərib: "Ticarət istəmirik"
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton artıq İspaniya ilə ticarət etmək niyyətində deyil. O, Madridi NATO-da "dəhşətli tərəfdaş" adlandırıb. Sfera.az xəbər verir ki, Tramp bu barədə NATO-nun Baş katibi Mark Rütte ilə görüşü zamanı danışıb. "Biz artıq İspaniya ilə ticarət etmək istəmirik. İspaniya NATO-da dəhşətli tərəfdaşdır. Onlar iştirak etmirlər, öhdəliklərini yerinə yetirmirlər və lazım olan ödənişləri etmirlər", - deyə ABŞ Prezidenti bildirib. Donald Tramp bundan əvvəl də
Dünya08.07.2026 17:42
Ronaldo İspaniyaya məğlubiyyətdən sonra göz yaşlarını saxlaya bilmədi
İspaniya 2026-cı il FIFA Dünya Kubokunun 1/8 final mərhələsində Portuqaliyanı 1:0 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib. Sfera.az xəbər verir ki, Dallasdakı AT&T Stadionunda keçirilən qarşılaşmada vurulan yeganə qol İspaniyaya qələbə və növbəti mərhələyə vəsiqə qazandırıb. Matçın final fitindən sonra Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo emosiyalarını cilovlaya bilməyib. 41 yaşlı futbolçu göz yaşlarına hakim ola bilməyib və komanda yoldaşları tərəfindən təsəlli tapıb.
Media07.07.2026 21:32










