Logo

Rusiyada "WhatsApp" BAĞLANIR? – Peskovdan XƏBƏRDARLIQ

Rusiyada "WhatsApp" BAĞLANIR? – Peskovdan XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, "WhatsApp" messenceri Rusiyanın qanunlarına əməl etməyə borcludur.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Peskov jurnalistin sualını cavablandırarkən qeyd edib ki, WhatsApp ümumilikdə bir çox ölkələrdə, o cümlədən Rusiyada ən məşhur xidmətlərdən biridir, lakin bu, onu qanunlara əməl etmək öhdəliyindən azad etmir:

"Bütün digər xidmətlər kimi, təbii ki, onun da Rusiyanın qanunlarına uyğun olaraq müəyyən öhdəlikləri var. Bütün qanunlar yerinə yetirilməlidir", – deyə Peskov bildirib.

Bundan əvvəl Dövlət Dumasının informasiya siyasəti komitəsinin sədr müavini Anton Gorelkin bəyan etmişdi ki, "WhatsApp" artıq Rusiya bazarından çıxmağa hazırlaşmalıdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR