Pavel Durov ilk ifadəsini verdi: "Güvənirəm..."
Telegram messencerinin təsisçisi Pavel Durov Fransada ona qarşı açılmış iş çərçivəsində ilk dəfə Paris məhkəməsində ifadə verib.
Sfera.az xəbər verir ki, bu barədə AFP məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Agentlik qeyd edib ki, cümə günü Durov platformanın cinayət fəaliyyəti ilə mümkün əlaqəsinin araşdırılması ilə bağlı hakim tərəfindən dindirilib. Durov iki vəkilin müşayiəti ilə yerli vaxtla saat 10:00-da Paris məhkəməsinə gəlib. O, "Fransa ədalətinə güvəndiyini" söyləyib, lakin iş və ona qarşı irəli sürülən ittihamlarla bağlı əlavə şərh verməkdən çəkinib.
Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Sahibkar ölkəyə Azərbaycandan gəlib. O , qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə olunması da daxil olmaqla altı cinayətdə ittiham olunur. Telegram-ın təsisçisi 5 milyon avro girov müqabilində məhkəmə nəzarətinə götürülüb və onun Fransadan çıxışı da qadağan edilib.
İnci