Ukrayna Monqolustana qarşı demarş elan etdi
Ukrayna Xarici İşlər Nazirliyi ölkə hakimiyyətinin Rusiya Prezidenti Vladimir Putini Ulan-Batora səfəri zamanı həbs etməmək qərarına görə Monqolustanın demarşını elan etmək qərarına gəlib.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin Telegram kanalında məlumat yerləşdirilib.
“Monqolustan tərəfi, Roma Nizamnaməsini imzalayan Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Putin üçün verdiyi həbs qərarını icra etməkdən imtina etməsindən Ukraynanın dərin məyusluğu ilə bağlı məlumatlandırılıb”, - bəyanatda deyilir.
Qeyd olunur ki, Kiyev gələcəkdə Monqolustanla ikitərəfli münasibətləri inkişaf etdirərkən, eləcə də beynəlxalq platformalarda mövqeyini formalaşdırarkən onun qərarını nəzərə alacaq. Eyni zamanda XİN ümid edir ki, Ulan-Bator Kiyevlə dostluq münasibətlərinin bərpası istiqamətində addımlar atacaq.
Vladimir Putin sentyabrın əvvəlində Monqolustana səfər edib. Bu, Rusiya prezidentinin həbsinə order verildikdən sonra BCM-nin yurisdiksiyasını tanıyan ölkəyə ilk səfəri olub.
Avropa İttifaqı və Ukrayna Monqolustan hakimiyyətini Putini saxlamağa çağırsa da, bu baş tutmayıb. Ulan-Batorda Rusiya Federasiyasının rəhbəri fəxri qarovul dəstəsi ilə qarşılanıb və o, təntənəli kortejlə hava limanını sərbəst tərk edib.
İnci