Şahzadə Keyt Uilyam və uşaqları ilə gəzərkən görüntüləndi - FOTO

Keyt Middlton uşaqları və həyat yoldaşı ilə gəzintiyə çıxıb.
Şahzadə Uilyam çətin dövrdə həyat yoldaşının ən böyük dayağı oluv. O, 5 aydan artıqdır ki, rəsmi olaraq ictimaiyyət arasına çıxmır.
Sfera.az bildirir ki, xərçəng xəstəliyinə tutulmuş Uels şahzadəsi şahzadə Uilyam və üç övladı ilə birlikdə görülsə də, şahidlər kral ailəsinin fotosunu çəkməyə vaxt tapmayıb.
Qeyd edək ki, 2024-cü ilin martında naməlum xərçəng növü ilə mübarizə apardığı elan edilən Şahzadə Keyt artıq sağalmaq üzrədir. İlin əvvəlində Böyük Britaniyanın gələcək kraliçası qarın nahiyəsindən əməliyyat olunub, bundan sonra həkimlər onkoloji problem aşkar ediblər.
Şahzadə dövlət işlərindən məzuniyyətə çıxıb və yalnız xeyriyyə layihələri ilə məşğul olur. Keyt Middltonun həkimlər icazə vermədən işə qayıtması gözlənilmir. Bu, yəqin ki, 2024-cü ilin sonuna qədər baş verməyəcək.
Keyt müalicə aldıqdan sonra artıq özünü daha yaxşı hiss edir. Mənbələrin sözlərinə görə, ən pisi geridə qalıb.
"Onun müalicəyə dözümü və özünü daha yaxşı hiss etməsi böyük rahatlıq idi".
Xəstə şahzadəyə ən böyük dəstəyi Uilyam, valideynləri Kerol və Maykl, bacısı Pippa və qardaşı Ceyms verib.
Bütün bu müddət ərzində Keyt yalnız bir neçə dəfə paparassilərə tuş gəlib: şahzadə Uilyamla bazarda və anası Kerol ilə avtomobildə görüntülənib.
Xanım
Sfera.az