Güllələnən baş nazirin son vəziyyəti açıqlandı

Güllələnən baş nazirin son vəziyyəti açıqlandı
Kateqoriya məlum deyil
T

Mayın 15-də sui-qəsd cəhdinə məruz qalan Slovakiya Baş naziri Robert Fitsonun səhhəti tədricən yaxşılaşır.

 

Sfera.az xəbər verir ki, bu barədə siyasətçinin müalicə aldığı Banska-Bistritsa şəhərindəki “Ruzvelt” adına xəstəxananın baş həkimi Miriam Lapunikova deyib.

 

“Ümid edirik ki, onun səhhəti getdikcə yaxşılaşacaq”, - deyə baş həkim bildirib.

 

Qeyd edək ki, mayın 15-də Handlova şəhərində R.Fitsoya qarşı sui-qəsd cəhdi olub. O, 5 güllə yarası alıb və 4 dəfə əməliyyat olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR