Lavrov Ukrayna barədə: "Biz barışıqdan deyil, sülhdən danışırıq”

Lavrov Ukrayna barədə: "Biz barışıqdan deyil, sülhdən danışırıq”
Kateqoriya məlum deyil
T

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə mümkün danışıqlardan söz açıb.

 

Sfera.az-ın məlumatına görə, Lavrov “RİA Novosti” agentliyinə müsahibəsində bildirib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlara açıq olsa da, burada söhbət barışıqdan getmir:

 

“Biz dəfələrlə, o cümlədən ən yüksək səviyyədə demişik ki, Rusiya danışıqlara açıqdır. Lakin başa düşmək lazımdır ki, biz barışıqdan deyil, sülhdən danışırıq”.

 

XİN rəhbəri bildirib ki, düşmənin fasilə verməsinə şərait yaratmaq olmaz: “Bunun mənası yoxdur. Onlar bundan yenidən qruplaşmaq və silahlanmaq üçün istifadə edəcəklər”.

 

Günay 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR