Ayı əti yeyən bir ailənin bütün üzvlərində beyin qurdu aşkar edildi

Ayı əti yeyən bir ailənin bütün üzvlərində beyin qurdu aşkar edildi

ABŞ-da 9 nəfərlik böyük bir ailə ailə üzvlərindən birinin 2022-ci ildə ovladığı ayını yeyib.

 

Sfera.az bildirir ki, ayı əti yeyən ailə  üzvlərinin hamısı beyinə və ürəyə çata bilən qurd infeksiyasına yoluxub. Az bişmiş qara ayı əti yeyən ailə üzvlərinə trixinelloz diaqnozu qoyulub.

 

Ailə üzvlərindən 29 yaşlı bir kişi ayı əti yedikdən sonra şiddətli əzələ ağrısı, qızdırma və göz ətrafında şişlik kimi şikayətlərlə xəstəxanaya müraciət edib.

 

Oxşar şikayətlərdən sonra ikinci ailə üzvü xəstəxanaya yerləşdirilib. Bundan sonra şikayətlərin səbəbinin ayı əti olduğu müəyyən edilib. 

 

Az bişmiş ayı əti yeyən insanlarda beyin qurdlarına rast gəlinib.


Az bişmiş ayı ətinin istehlak edildiyini öyrənən həkimlər mikroskopik və parazitar qurd infeksiyası nəticəsində yaranan “trixinelyoz” xəstəliyinin müalicəsində istifadə edilən müalicə üsulunu tətbiq ediblər.

 

Xəstələrdə tapılan bu qurdların bədən boyunca irəliləyərək ürəyə və beyinə çata bildiyi, burada ürək əzələsi və beyinin iltihabına səbəb olduğu bildirilib.
Ayı ətinin dondurulması bəzi qurdları öldürə bilər (hər qurdu deyil). Ayı ətində donmağa davamlı sürfələr inkişaf edərək insan orqanizmində parazitlər əmələ gətirə bilər.


Trixinellozun simptomlarına mədə ağrısı, ishal, ürəkbulanma və qusma daxildir. Ancaq bu simptomlar hər bir insanda fərqli görünə bilər. Digər tərəfdən, bu xəstəliyi olan bəzilərində simptomlar özünü göstərməyə bilər. Bunun səbəbi bu insanların immun sisteminin parazitlərin qarşısını ala bilməsidir.
Kanada və Alyaskada qara ayıların 24%-nin qurd daşıyıcısı və ya yoluxduğu düşünülür.


Şaxtaya davamlı bir qurd növü olan Trichinella nativa daşıyan ayıların ovlanması və yeyilməsi sağlamlıq üçün böyük təhlükə yaradır. Digər tərəfdən, ABŞ-da 2016-2022-ci illər arasında 35 trichinellyoz yoluxma halının olduğu bildirilir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR