Səfir Erxov: Qərb Türkiyə banklarını Rusiya Federasiyası ilə əməkdaşlığa görə sanksiyalarla qorxudur

Səfir Erxov: Qərb Türkiyə banklarını Rusiya Federasiyası ilə əməkdaşlığa görə sanksiyalarla qorxudur

Rusiyanın Türkiyədəki səfiri Aleksey Erxov bildirib ki, Rusiya ilə əməkdaşlığa sadiq olan türk biznesi ABŞ və Aİ-nin bank sektoruna qarşı sanksiyalar və hədə-qorxularından əziyyət çəkir.


Sfera.az xəbər verir ki, bu barədə "EADaily" məlumat yayıb.


“Türkiyə biznesi, həmişə olduğu kimi, Rusiya ilə ticari-iqtisadi əməkdaşlığın mütərəqqi inkişafına sadiqdir və bunun Türkiyə iqtisadiyyatına və türk iş adamlarına birbaşa fayda gətirdiyini yaxşı bilir. Amma türkiyəli iş adamları üçün çox üzücü olan odur ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi və bizimlə iş görənlərin çox əziyyət çəkdiyi sanksiyalar şəraitində onların ambisiyaları həmişə reallaşa bilmir.



Bunun bariz nümunəsi kimi hazırda bank sektorunda baş verənləri göstərmək olar. ABŞ və Aİ Rusiya ilə əməkdaşlıq edəcəyi təqdirdə Türkiyənin maliyyə qurumlarını açıq şəkildə “müxtəlif cəzalarla” qorxudur”,-səfir vurğulayıb.



Erxov qeyd edib ki, Türkiyə Statistika İnstitutunun məlumatına görə, birinci rübdə Rusiyaya ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 32% azalıb.



"Biznes, necə deyərlər, canavar kimi ulayır, amma heç nə edə bilmir", - səfir vurğulayıb.


İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR