Putin Qərbi Belqorodu atəşə tutmaqda ittiham etdi

Putin Qərbi Belqorodu atəşə tutmaqda ittiham etdi

"Qərbdə onlar Belqorodun atəşə tutulmasından danışmırlar , çünki bunu özləri ediblər və “yaradıcılıqlarının bəhrəsini yığırlar”".


Sfera.az xəbər verir ki, bunu RİA Novosti agentliyinə Rusiya Prezidenti Vladimir Putin deyib.



Putin qeyd edib ki, Qərb mediası yalnız Rusiya Federasiyasının yeni cəbhə açdığını və Xarkova hücum etdiyini yazır, Belqorodun atəşə tutulmasından bəhs etmir.



“Buna nə səbəb oldu? Onlar bunu öz əlləri ilə etdilər, sonra isə öz yaradıcılıqlarının “bəhrələrini biçdilər””, - deyə prezident bildirib.



Putin həmçinin vurğulayıb ki, Ukrayna Rusiyanı uzaqmənzilli dəqiq silahlarla vurarsa, sanitar zona deyilən ərazinin yaradılmasına qərar veriləcək.



Bundan əlavə, Rusiya lideri Ukraynadakı əcnəbi hərbçilərin rus qoşunlarının öldürüldüyü zonada olacağını bildirib.



İnci
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR