Finlandiyada yeni pişik növü yaranıb - FOTO

Dünya
18:35 / 28.05.2024
1216
Bir qrup alim özünəməxsus xəz rənginə malik olan yeni pişik növünü kəşf edib.
Sfera.az bildirir ki, alimlər bu bənzərsiz pişiklərin gen mutasiyasına görə meydana gəldiyini təsdiqləyiblər. Tədqiqat müəlliflərinin fikrincə, pişiklərin rəngi bir qədər fərqlə qara və ağ xallı pişiklərin tüklərini xatırladır. Bu heyvanların kürəyindəki xəz yuxarıdan qara kimi bir rənglə başlayır və quyruğun ucuna doğru tədricən ağarır. Bu qeyri-adi rəng mutasiya nəticəsində yaranıb.
Yeni növü kəşf edən heyvan fəalları və alimlər qrupu ona salmiak (ağ və qara rəngi ifadə edən) - duzlu biyan adını verib.
Qeyri-adi rəngə malik pişiklər ilk dəfə 2007-ci ildə Mərkəzi Finlandiyada müşahidə edilib. Arxasındakı bənzərsiz naxışa əlavə olaraq, demək olar ki, bütün hamısının ağ və ya başqa rəng quyruğu olub, gözləri isə ya sarı, ya da yaşıldır.
Salmiak xəz rəngləri qara, qəhvəyi və tısbağa qabığı ola bilər. Əvvəllər bu cür pişiklərin sonsuz ola biləcəyi güman edilirdi, çünki bu rəngə sahib heyvanlar həqiqətən azdır. Ancaq qorxular təsdiqlənmədi, Salmiak pişikləri tamamilə sağlam pişiklər doğur.
Tədqiqat çərçivəsində alimlər beş pişikdən qan götürüb və onlardan dördünün DNT-sini analiz ediblər. Test ağ xəzlə əlaqəli heç bir genetik mutasiya göstərməyib.
Daha sonra alimlər iki pişiyin genomlarının tam ardıcıllığını hesablayıblar, bu müddət ərzində KIT genində xromosomal dəyişikliklər aşkar edilib. Bu xromomlar pişiklərin kürkündə ağ rəngin kodlaşdırılmasını təmin edir. KIT genindəki bu xromosomlar atlar və siçanlar kimi digər heyvanlarda da piebald rənglənməni təmin edir.
Mümkündür ki, pişiklərin rəngləri onlara Beynəlxalq Pişiklər Assosiasiyasının damazlıq pişik reyestrlərinə giriş qazandıracaq.
Aysel
Sfera.az