Ukrayna da Rusiya kimi döyüşlərdə onlardan İSTİFADƏ EDƏCƏK 

Ukrayna da Rusiya kimi döyüşlərdə onlardan İSTİFADƏ EDƏCƏK 

"Ukraynada 600-dən çox məhbus şərti azadlığa buraxılıb və silahlı qüvvələrə qoşulub, onlar hücum bölmələrinə göndəriləcək". 


Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Denis Malyuska "Rada" telekanalının efirində deyib.

 

“Cəza çəkən şəxslərdən ibarət bölmələr təşkil olunacaq. Bunlar monolit birləşmələr olacaq”, - Malyuska bildirib.

 

Onun sözlərinə görə, söhbət 612 məhbusdan gedir. İndi onlar müvafiq təlim keçirlər və gələcəkdə Ukrayna Silahlı Qüvvələrinin hücum bölmələrində xidmət edəcəklər.

 

Nazir həmçinin ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin Ukrayna Silahlı Qüvvələri sıralarına qəbul edilməsini təklif edib. Onun fikrincə, belə insanlar yaxşı mübarizə apara bilərlər.

 

Xatırladaq ki, mayın 17-də Ukrayna Prezidenti Volodimir Zelenski həbsxanalarda cəza çəkən şəxslərin səfərbər edilməsi haqqında qanun layihəsini imzalayıb.

 

Qeyd edək ki, Rusiya da bir neçə ildir, orduda bu üsuldan istifadə edir.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Bakıda bu yol axşam saatlarından BAĞLANIR

Bu gün axşam saatlarından etibarən Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsilə kəsişməsindən Babək prospektinə qədər) hərə...

Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) &qu...

"Dövlətlərarası münasibətlərdə ali siyasi iradə və qarşılıqlı etimad həlledici amildir" - Ülvi Quliyev

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin bugünü və gələcəyi baxımından mühüm əhəmiyyət kəsb ed...

Prezidentdən Naxçıvanla bağlı sərəncam

Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməs...

6 manatdan 11 manata qaldırıldı - Yeni QƏRAR

"Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Qərara dəyişiklik edib.   Sfera....

Macarıstanda bu analar vergidən azad olundu

Macarıstan parlamenti ölkədə doğum səviyyəsinin aşağı düşməsinin qarşısını almaq məqsədilə iki və üç uşağı olan qadınların gəlir vergisindən azad olunmasını nəz...