Üzündə narazı ifadə ilə doğulan "qəzəbli uşaq" fenomen oldu - FOTOLAR

Cincinnati (Ohayo, ABŞ) ştatından olan ana Jessica Mundy yeni doğulmuş oğlu Trentin fotosessiyası təşkil edib. Uşağın şəkilləri təsadüfən internetdə yayıldıqdan sonra fenomen olub. Bu barədə şəkillərin müəllifinin “Drawing In Light Photography” Facebook səhifəsində məlumat verilib.
Sfera.az bildirir ki, internetdə yayılan fotolar o qədər maraq doğurub ki, fotoqraf hətta məşhur Amerika tok-şousuna dəvət olunub.
Yeni doğulan oğlan başqa xüsusiyyətlərinə görə də digər körpələrdən seçilib. Belə ki, körpə beş kiloqram ağırlığında doğulub. Orta hesabla, yeni doğulmuş körpələrin çəkisi təqribən 3,3 - 4,5 kq arasında olur.
"Mən on il ərzində yüzlərlə körpənin şəklini çəkmişəm və çox gözəl şəkillərim var, lakin onların heç biri bu yaraşıqlı oğlanın mənə bəxş etdiyi görünüşlə müqayisə edilə bilməz" - deyə fotoqraf Lauren Carson bildirib.
Hər növbəti fotoşəkildə Trentin ifadəsi daha da tutqun, qəzəbli olub. Hətta şirin tülkü kostyumunda belə o, dəcəllik edib, qışqırmasa da, qəzəbli baxışlarını foqoqrafa zilləyir.
Fotosessiyadan az sonra körpə yuxuya gedib.
“Xoşbəxtlikdən fotosessiya zamanı bir neçə “normal” foto çəkə bildik” - deyən fotoqraf əlavə edib ki: "Qaş-qabaqlı və qəzəbli bir görünüşə sahib olsa da, o, əsl oyuncaq ayı kimidir".
Maraqlı fotoşəkillər İnternetdə yayıldıqdan sonra, fotoqraf hətta məşhur "Sabahın xeyir, Amerika" tok-şousuna dəvət edilib. Onun işləri üç milyon izləyici tərəfindən görülüb. Anasının dediyinə görə, Trent tez-tez üz ifadələrini dəyişir.
Fotoqrafın “Facebook”dakı paylaşımı hələ ötən günə qədər 157.000-dən çox bəyənmə, 19.000 şərh və 37.000 paylaşım alıb.
Aynil
Sfera.az