Gürcüstan parlamenti prezidentin vetosunu ləğv edəcək

Gürcüstan parlamenti prezidentin vetosunu ləğv edəcək

"Gürcüstan parlamenti ölkə prezidenti Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna vetosunu ləğv edəcək".



Sfera.az TASS-a istinadən xəbər verir ki, bu fikri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib .



Məsələyə mayın 28-i baxılması planlaşdırılır. Papuaşvilinin sözlərinə görə, siyasi bəyanatlar iclasın başlanmasından sonra iki-üç saat çəkəcək, bundan sonra parlament dərhal prezidentin "xarici agentlər haqqında qanun"a vetosunun aradan qaldırılmasını müzakirə edəcək.



“Düşünürəm ki, proses sabah başa çatacaq və təbii ki, parlament bu vetonu mütləq ləğv edəcək”, - Papuaşvili bildirib.



Mayın 14-də Gürcüstan parlamenti "xarici agentlər haqqında qanun"u üçüncü oxunuşda qəbul edib:84 deputat lehinə, 30 deputat əleyhinə səs verib.



Gürcüstan prezidenti Salome Zurabişvili "xarici agentlər haqqında" qəbul edilmiş qanunu imzalamaqdan imtina edib. Bununla belə, parlament səs çoxluğu ilə vetonu ləğv edə bilər.



Bütün ölkədə qanun layihəsinin müzakirəsi son dərəcə qalmaqallı olub və etiraz aksiyaları ilə müşayiət olunub. Bundan əlavə, bir çox Qərb liderləri açıq şəkildə qanundan narazılıqlarını ifadə edərək, Gürcüstanı müxtəlif nəticələr və sanksiyalarla hədələyiblər.

 

Əzizə

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələdi

Bu ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 27 nəfər vəzifəli şəxsə cərimə tətbiq edib.   Sfera.az bu barədə Maliyyə Naz...

24 yaşında qəzada ölən Ramazanın GÖRÜNTÜLƏRİ - VİDEO

Şabranda gecə saatlarında yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Şabran şəhər sakini, 2001-ci il təvəllüdlü Ramazan Süleymanovu...

“Qarabağ” azarkeşlərinə müraciət etdi

“Qarabağ” Konfrans Liqasının II təsnifat mərhələsinin Bakıda keçiriləcək “Şelburn”la cavab oyunu ilə bağlı azarkeşlərə müraciət edib. ...

İranın etriazları fayda vermir - Zəngəzur dəhlizi açılacaq

Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılmasının vacibliyini açıq şəkildə bəyan edir. Prezident Vaaqn Xaçaturyanın bu məsələyə dair son açıqlaması rəsmi İr...

Bu yolda hərəkət avqustun 24-nə kimi məhdudlaşdırılır

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Ələt-Qazax yolunun 27-ci km-də təmir işləri ilə bağlı sürücülərə xəbərdarlıq edib.   BDYPİ-dən Sfera.az-a v...

Əcnəbilərlə evlənən Azərbaycan vətəndaşlarının sayı...

Cari ilin ilk 6 ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1080 nikah bağlanıb.   Sfera.az xəbər v...