Logo

Rusiyada daha bir rəsmi şəxs rüşvət üstündə saxlanıldı

Rusiyada daha bir rəsmi şəxs rüşvət üstündə saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Krasnodar diyarının vitse-qubernatoru Sergey Vlasov saxlanılıb.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.

İlkin məlumatlara görə, o, 1,3 milyon rubl (25 min manata yaxın) məbləğində rüşvət almaqda şübhəli bilinir.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Baş Rabitə İdarəsinin rəisi, eyni zamanda Baş Qərargah rəisi Valeri Gerasimovun müavini, general-leytenant Vadim Şamarin saxlanılıb. Vadim Şamarin, müstəntiqlərin fikrincə, Müdafiə Nazirliyinə məhsul alışını artırdığı üçün müəssisələrdən birinin rəhbərliyindən 36 milyon rubl (676 800 AZN) rüşvət alıb.

Rusiyada daha bir rəsmi şəxs rüşvət üstündə saxlanıldı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR