1 ay McDonald's məhsullarından başqa heç nə yeməmişdi: Məşhur bloqqer vəfat etdi

1 ay McDonald's məhsullarından başqa heç nə yeməmişdi: Məşhur bloqqer vəfat etdi

Fast foodun zərərləri haqqında bir çox sənədli film çəkən Morqan Spurlok 53 yaşında dünyasını dəyişib. 

 

Sfera.az bildirir ki, 2004-cü ildə çəkdiyi "Super Size Me" sənədli filmində bir ay ərzində yalnız McDonald's məhsulları yeyib. 

 

Ailəsi Spurlokun ölümü ilə bağlı açıqlama yayıb. Açıqlamada Spurlokun dünən Nyu-Yorkda xərçənglə bağlı ağırlaşmalar nəticəsində vəfat etdiyi bildirilib.


"Morqan sənəti, ideyaları və səxavəti ilə insanlara çox şey verdi" - deyə qardaşı Kreyq Spurlok bildirib. 


“Dünya yaradıcı bir dahi və xüsusi bir insanı itirdi. Onunla birlikdə işlədiyim üçün fəxr edirəm”.


Qeyd edək ki, Morqan Spurlok 2004-cü ildə fast foodun zərərlərini izah etmək üçün çəkdiyi "Super Size Me" sənədli filmində bir ay ərzində rasionunda yalnız McDonald's məhsulları qəbul edib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR