Məşhur çinli milyarder ABŞ-da mühakimə olunacaq - FOTO

Məşhur çinli milyarder ABŞ-da mühakimə olunacaq - FOTO

Bu gün Manhetten Federal Məhkəməsində məşhur çinli milyarder Quo Venguinin məhkəməsi başlayıb. 

 

Quo Çinin ən zəngin insanlarından biri və Pekinin əsas inkişaf etdiricisi olsa da, ABŞ-a köçüb. Amerikada o Çin Kommunist Partiyasını və şəxsən Si Çipinqi tənqid edib. İndi yeni vətənində o dələduzluqda ittiham olunur.

 

Sfera.az xəbər verir ki, Quonun məhkəməsi mayın 23-də Nyu-Yorkda başlayıb. O, dələduzluqda ittiham olunur. Milyarderi Çinə deportasiya gözləyir. Keçən il Quo çirkli pulların yuyulması, qiymətli kağızlarla fırıldaqçılıq və media şirkətinin səhmlərini qanunsuz satmaqda, konsyerj xidmətinə üzvlük satmaqda, saxta hesab edilən kriptovalyutanı satmaqda ittiham edilib.


Günahı sübuta yetirilərsə, onu uzunmüddətli həbs cəzası və ya Çinə deportasiya gözləyir. Qeyd edək ki, Quo Çində zorlama, rüşvət və fırıldaqçılıq da daxil olmaqla, axtarışdadır. Məhkəmədə Quonun vəkilləri deportasiya məsələsini qaldırmağı qadağan etməyi xahiş ediblər. 

 

Məhkəmənin yeddi həftə davam edəcəyi gözlənilir. Proses zamanı heyətin adları açıqlanmayacaq.

 

Manhettenin keçmiş federal prokuroru Sidhardha Kamarajunun daxil olduğu vəkillər komandası, Quonun kriptovalyuta əməliyyatlarının uydurma olduğuna dair etiraz etməyi planlaşdırır. Onlar həmçinin milyarderin vətənə qaytarılmasının Çin hökumətinin hədəfi olduğunu göstərməyi planlaşdırırlar.


Quonun keçmiş köməkçilərindən biri Yvette Wang, bu ay  fırıldaqçılıq və çirkli pulların yuyulmasında günahkar olduğunu etiraf edib. Sentyabrda hökm oxunacaq və onu 10 ilə qədər həbs gözləyir.

 

Quo Wengu (Vengui)

 

Çin və ABŞ-ın tamamilə fərqli siyasi sistemləri olsa da, Quo hər iki ölkədə bir müddət yaxşı iş apara bilib. 

 

Onun 53-56 yaş arasında olduğu güman edilir. Yoxsulluq içində böyüyüb, lakin Çinin ən zəngin adamlarından birinə çevrilib. O, Pekində əsas daşınmaz əmlak tərtibatçılarından biri olub. Quonun şirkəti, digər layihələrlə yanaşı, 2008-ci il Olimpiadası üçün əjdaha şəklində “Pangu Plaza” yaşayış və kommersiya binaları kompleksini tikib. 

 

2014-cü ildə himayədarı, dövlət təhlükəsizliyi nazirinin müavini Ma Jianın həbsindən sonra Çindən ABŞ-a qaçıb. Çin hakimiyyətini fəal şəkildə tənqid edən Quo yüksək çinli məmurları da korrupsiyada ittiham edib. Quo o vaxtdan özünü korrupsioner və qəddar rejimdən qaçan siyasi dissident kimi təsvir edib.

 

ABŞ-da Quo “GTV Media Group” televiziya şirkəti, Çində kommunist sistemi devirmək məqsədi daşıyan “Himalaya Alliance” lobbi təşkilatı, lüks həyat tərzi klubu “G’Clubs” və “Himalaya Exchange” kriptovalyuta birjasını qurub. 


Quo o vaxtkı ABŞ prezidenti Donald Trampın köməkçisi Stiven Bannonun dəstəyini qazanmış, Trampın Florida ştatının Palm-Biç şəhərindəki klubu Mar-a-Laqoya üzv olmuş, keçmiş dövlət katibləri Henri Kissincer və Corc P.Şultsla görüşmüşdür. 68 milyon dollarlıq penthaus üçün idarə heyətinə müraciət edəndə hətta Britaniyanın keçmiş baş naziri Toni Bleyerin tövsiyə məktubunu da əlavə edib.


Federal Təhqiqat Bürosu agentləri keçən il onun əmlakına basqın edərkən hər biri 36 min dollar dəyərində iki döşək, 31 min dollarlıq çarpayı, 140 min dollarlıq piano və “Bugatti Chiron Super Sport”, “Lamborghini” və “Rolls-Royce” da daxil olmaqla bir neçə avtomobil tapıblar.

 

2022-ci ilin martında o, həbs edilib. Quo Vengui qiymətli kağızlar fırıldaqçılığı da daxil olmaqla ondan çox maddə üzrə ittiham olunur. Prokurorlar Quonun Çin diasporundan və anti-Çin siyasətçilərindən bir milyard dollardan çox pul topladığını, daha sonra milyarder imicini gücləndirmək üçün mərclərə, idman avtomobillərinə, yaxta və malikanəyə 300 milyon dollardan çox pul xərclədiyini iddia edirlər.


Həbs olunduğu gündən Quo Vengui Bruklindəki istintaq təcridxanasında saxlanılır.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...