İstanbulda kafeyə silahlı hücum oldu - Ölən və yaralananlar var
Kateqoriya məlum deyil
Türkiyənin İstanbul şəhərinin Üsküdar səmtində kafeyə silahlı basqın olub.
Sfera.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Silahlı hücum nəticəsində 3nəfər ölüb, 2-si ağır olmaqla 5 nəfər yaralanıb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.






