Daxili gözəllik yarışması: 5 min iştirakçı arasından ən daxili gözəl qadın seçildi

Daxili gözəllik yarışması: 5 min iştirakçı arasından ən daxili gözəl qadın seçildi

Belçikada daxili gözəllik yarışması keçirilib. Yarışmanın qalibi 5 min iştirakçı arasından seçilib. 

 

Sfera.az bildirir ki, daxili gözəllik və bədən pozitivliyi müsabiqəsində qalib Laurie Dreze seçilib. Qələbə üçün əsas meyar iştirakçıların həyata və özlərinə münasibəti, həmçinin inkişaf və mənəvi təkamül istəyi olub. 

 

Yaşları 23-dən 64-ə qədər olan 60 iddiaçı birincilik uğrunda mübarizə aparıb. Seçim mərhələlərində stil və şəxsi qulluq üzrə xüsusi kursları bitirmiş, həmçinin özünü inkişaf üzrə doqquz aylıq proqramı uğurla başa vuran 5 mindən çox iştirakçı iştirak edib.

 

“Əsl gözəllik, parametrləri cəmiyyət tərəfindən diktə edilən ideal bədəndən deyil, nağıl danışan bədəndən asılıdır”. 

 

Bu sözləri mətbuata açıqlamasında müsabiqəni təşkil edən qeyri-kommersiya təşkilatının təsisçisi Natali De Reuck bildirib. 


56 yaşlı keçmiş model Natali modellik şərtlərinin qadınlar üçün çox sərt olduğunu bildirir. Xüsusən də o, insanları öz real görünüşündən tamamilə fərqləndirən sosial media filtrlərini tənqid edir.

 

Qalib De Reuck isə edir: "Əksərimiz üçün səhnədə və podiumda çıxış etmək əvvəllər tamamilə qeyri-real idi".

 

Səkkiz uşaq anası və yarışma iştirakçılarından biri, 47 yaşlı Natalya Qalleman isə özünü inanılmaz hiss etdiyini bildirib.


“Reklamda və modada gördüyümüz bədən gözəlliyi qısa ömürlüdür. Əsl gözəllik bizim daxili dünyamızdır. Podiumda çıxış edərkən keçmişimi düşünərək ağlayırdım”.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...