Sarkisyan AÇIQLADI - "Hakimiyyət dəyişikliyi üçün hər şeyə hazırıq"

Sarkisyan AÇIQLADI - "Hakimiyyət dəyişikliyi üçün hər şeyə hazırıq"
Kateqoriya məlum deyil
T

"Biz hakimiyyət dəyişikliyinin olmasını təmin etmək üçün hər şeyə hazırıq".

 

Sfera.az xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan deyib.

 

O bildirib ki, arxiyepiskop Baqrat Qalstanyanın təqdim etdiyi namizədi dəstəkləməyə hazırdır:

 

"Görüşmək üçün dəvət almamışam, amma əvvəllər də görüşlər olub. Nə bu gün, nə dünən, nə də srağagün. Biz hərəkatı tam dəstəkləyirik", - deyə eks-prezident jurnalistlərə bildirib.

 

Sarkisyan qeyd edib ki, rəhbərlik etdiyi Respublika Partiyası hakimiyyətə can atmır, hakimiyyət dəyişikliyinə can atacaq. (Musavat.com)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR