Paşinyanın istefası müzakirə olunacaq?

Paşinyanın istefası müzakirə olunacaq?

Ermənistanın baş naziri və “Vətəndaş sazişi” partiyası hökumət başçısının istefası məsələsini heç kimlə müzakirə etmək fikrində deyil.


Sfera.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri, hakim “Vətəndaş paktı” partiyasının deputatı Sarqis Xandanyan deyib.


O izah edib ki, bu məsələ müzakirə mövzusu ola bilməz. Deputat xatırladıb ki, Ermənistan vətəndaşları 2021-ci ildə seçkilər yolu ilə parlament formalaşdırıb və bu parlamentdə liderlə hökumət təyin edilib. Deputatın sözlərinə görə, Ermənistanda hakimiyyəti yalnız demokratik, legitim yolla, onun fikrincə, 2026-cı ildə baş tutacaq seçkilərlə dəyişmək olar.


“Bu günlərdə partiyanın iclası oldu ki, bu da baş nazirin siyasi komanda ilə ünsiyyətinin aktiv olduğunu sübut edir. Nədən narahat olmaq lazımdır? Son 3-4 ildə isti bahar fonunda müxalifət eyni şəxslərlə, fərqli liderlərlə ölkə daxilində uğur gətirməyən müxtəlif proseslər yaratmağa çalışır”, - deyə deputat əlavə edib.



İnci


OXŞAR XƏBƏRLƏR