Zelenski: \"Avropa bir çox başqa xalqların taleyinin həll olunduğu döyüş meydanına çevrilib\"

Zelenski: \

Nasizmin məğlubiyyətindən 79 il sonra Avropa, təəssüf ki, yenidən təkcə Ukrayna xalqının deyil, bir çox başqa xalqların taleyinin həll olunduğu döyüş meydanına çevrilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında yazıb.

 

O qeyd edib ki, bu döyüşdə həyat qalib gəlməlidir:

 

"Mən Roberta Metsolanı (Avropa Parlamentinin Prezidenti - red.) bu gün sülhsevər və vahid Avropanı qeyd edən Avropa Günündə qarşıladım. Biz Ukraynanın, regionumuzun və bütövlükdə Avropanın həyatını qorumaq istiqamətindəki mövqeyimizi gücləndirmək üçün birlikdə çalışırıq. İndi, nasizmin məğlubiyyətindən 79 il sonra Avropamız, təəssüf ki, yenidən təkcə Ukrayna xalqının deyil, bir çox başqa xalqların taleyinin həll olunduğu döyüş meydanına çevrilib. Bu döyüşdə həyat qalib gəlməlidir. Həyat milyonlarla ukraynalının yaşayışını alt-üst edən, milyonlarla avropalının həyatını hədəf kimi görən Rusiyanın hava bombaları, raketləri, hücumları və nifrətinə qalib gəlməlidir".

 

Ukrayna Prezidenti vurğulayıb ki, bu döyüşdə tək olmamaqları, bir çox azad xalqların, cəsur və prinsipial insanların həmrəyliyi həyati əhəmiyyət kəsb edir.


OXŞAR XƏBƏRLƏR

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Mayın 21-də Azərbaycanda müşahidə ediləcək hava şəraiti açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &n...

Prezident Dayqa Mierinanı QƏBUL ETDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev mayın 20-də Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.   Sfera.az xəbə...

Faciələrə səbəb olan helikopter qəzalarının əsas 5 SƏBƏBİ - ARAŞDIRMA

İçində İran Prezidenti İbrahim Rəisinin də olduğu helikopterin qəzaya uğraması nəticəsində bütün sərnişinlərin həyatlarını itirməsi "helikopterlə səyahət&n...

Putin İbrahim Rəisinin həlak olması ilə bağlı BAŞ SAĞLIĞI VERDİ

Rusiya Prezidenti Vladimir Putin İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə Prezident İbrahim Rəisinin həlak olması ilə bağlı başsağlığı verib.  ...

İran prezidentini ölümə aparan səfər: Səyahətə niyə helikopterlə çıxıb? - MARAQLI SƏBƏB

İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında dünyasını dəyişməsindən sonra çoxlu suallar meydana çıxıb. Həmin suallardan biri də İbrahim Rəisinin səfər...

Sürücülərin NƏZƏRİNƏ: Bu yoldakı problem həll edildi 

Daha bir yolayrıcında sıxlıq azalıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib....