Bəzi yerlərə leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, oktyabrın 3-ü saat 9:00-a olan məlumatına əsasən Şahdağın 3000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb. Düşən yağıntının miqdarı Qrız, Gədəbəydə 10 mm, Tərtər, Şahdağda 8 mm, Göygöl, Şəki, Daşkəsəndə 7 mm, Ağdam, Balakən, Qəbələ, Qax, Quba, Qusarda 6 mm, Bərdə, Göyçay, Gəncə, Biləsuvar, Zaqatala, Tovuz,