BMT Baş katibinin birinci müavini Azərbaycana səfər edəcək


BMT Baş katibinin birinci müavini Azərbaycana səfər edəcək

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin birinci müavini Əminə Məhəmməd gələn həftə Azərbaycana səfər edəcək.

 

Bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik açıqlamasında bildirib.

 

Mətbuat katibi qeyd edib ki, Əminə Məhəmməd COP29 konfransından əvvəl, yəni 10-11 oktyabr tarixlərində Bakıda keçiriləcək COP-öncəsi tədbirdə iştirak edəcək:

 

“Səfər çərçivəsində Baş katibin birinci müavini Bakıda Azərbaycanın dövlət və hökumət rəsmiləri, COP29 çərçivəsində bir çox üzv dövlətlərin nümayəndə heyətlərinin üzvləri ilə görüşlər keçirəcək. Görüşlərdə COP29 hazırlıqları və müxtəlif mövzularda fikir mübadiləsi aparılacaq. Ə.Məhəmməd 11 oktyabrda Nyu-Yorka dönəcək”, - sözçü bildirib. (Report)


OXŞAR XƏBƏRLƏR

Məhəmməd Əl-Fayed şahzadə Dianaya nalayiq təklif edib

Şahzadə Diana ilə avtomobil qəzasında həlak olan Dodi Əl-Fayedin mərhum atası misirli iş adamı Mohamed Al-Fayed bir dəfə Uels şahzadəsinə ədəbsiz təklif edib. ...

Seçki kampaniyası üçün ailə “icarəyə götürdü”

ABŞ-da namizədlərin ailələrinin yer aldığı reklamlar çoxdan seçki kampaniyasının əsas elementi hesab olunur. Lakin reproduktiv hüquqların əsas məsələyə çevrildi...

Ancelina Colinin yeni münasibəti haqqında şaiyələr yayıldı - FOTO

49 yaşlı amerikalı aktrisa Ancelina Colinin özündən 9 yaş kiçik musiqiçi ilə münasibətdə olması haqqında şaiyələr yayılıb.   Sfera.az bildirir ki, mə...

iPhone 16 satışlarını artıracaq, lakin daha sonra...

"iPhone 16"nın ilk istifadəçiləri cihazları yeni məhsula maraq və qadcetlərin yüksək sürətinə görə alıblar.   Sfera.az xəbər verir ki, bu bar...

HƏMAS İsraildəki terrora görə məsuliyyəti öz üzərinə götürdü

Fələstin HƏMAS hərəkatının hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları” Təl-Əvivin cənubunda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə gö...

Şəmkirdə məktəblinin öldüyü bıçaqlanma hadisəsinin DETALLARI - VİDEO

Şəmkirdə qətl törədilib.   Sfera.az xəbər verir ki, hadisə rayonun  Mahmudlu kəndində axşam saat 20 radələrində baş verib. Uzun illər bir s...