II Elizabetin ölümünün əsl səbəbi açıqlandı


II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson öz xatirələrində Kraliça II Elizabetin ölümünün əsl səbəbini açıqlayıb.

 

Sfera.az oxu.az-a istinadən bildirir ki, Conson bu barədə memuarında yazıb.

 

O iddia edir ki, kraliça hamıya məlum olduğu qocalıq səbəbindən deyil, sümük xərçənginə görə vəfat edib.

 

Sabiq hökumət başçısının sözlərinə görə, onunla II Elizabetin son görüşü 6 sentyabr 2022-ci ildə, onun istefasından təxminən iki ay sonra baş tutub. Həmin vaxta qədər keçmiş baş nazir artıq kraliçanın ciddi xəstəliyi barədə məlumatlı idi.

 

"Mən saray əyanları ilə Əlahəzrətin baş nazir vəzifəsinə düzgün namizəd barədə məsləhətləşmələr haqqında zarafat etməyə çalışırdım. Onlar gülümsəyirdilər, amma yorğun görünürdülər. Onun şəxsi katibi Edvard Yanq məni kraliçanın vəziyyəti ilə bağlı hazırlamağa çalışdı. Mən artıq bir il, bəlkə də daha çoxdur, onun sümük xərçəngi olduğunu və vəziyyətinin hər an pisləşə biləcəyini bilirdim. "Yay ərzində o, çox zəifləyib", - deyə Edvard vurğuladı. Bu vaxt qapı döyüldü və bir xidmətçi məni Əlahəzrətin qonaq otağına apardı. Kraliça məni salamladı. Biz bir-birimizin qarşısında mavi-yaşıl divanlarda otururduq və mən dərhal Edvardın nəyi nəzərdə tutduğunu başa düşdüm: kraliça solğun və beli daha da bükülmüş görünürdü, əllərində, biləklərində tünd göyərmələr var idi, ehtimal ki, sistem və ya iynələrdən yaranmışdı. Ancaq ağır fiziki vəziyyətinə baxmayaraq, kraliçanın zehni aydın qalırdı. Biz danışanda o, bəzən əhvalı dərhal yüksəldən həmin ağdişli təbəssümü ilə gülümsəyirdi", - deyə Boris Conson kraliçayla son görüşünü xatırlayır.

 

Xatırladaq ki, kraliça II Elizabet 2022-ci il sentyabrın 8-də 96 yaşında Şotlandiyadakı Balmoral qəsrində vəfat edib. Ölkəyə 70 il ərzində rəhbərlik edən II Elizabet Böyük Britaniya tarixində ən uzunömürlü monarx hesab olunur.


OXŞAR XƏBƏRLƏR

Məhəmməd Əl-Fayed şahzadə Dianaya nalayiq təklif edib

Şahzadə Diana ilə avtomobil qəzasında həlak olan Dodi Əl-Fayedin mərhum atası misirli iş adamı Mohamed Al-Fayed bir dəfə Uels şahzadəsinə ədəbsiz təklif edib. ...

Seçki kampaniyası üçün ailə “icarəyə götürdü”

ABŞ-da namizədlərin ailələrinin yer aldığı reklamlar çoxdan seçki kampaniyasının əsas elementi hesab olunur. Lakin reproduktiv hüquqların əsas məsələyə çevrildi...

Ancelina Colinin yeni münasibəti haqqında şaiyələr yayıldı - FOTO

49 yaşlı amerikalı aktrisa Ancelina Colinin özündən 9 yaş kiçik musiqiçi ilə münasibətdə olması haqqında şaiyələr yayılıb.   Sfera.az bildirir ki, mə...

iPhone 16 satışlarını artıracaq, lakin daha sonra...

"iPhone 16"nın ilk istifadəçiləri cihazları yeni məhsula maraq və qadcetlərin yüksək sürətinə görə alıblar.   Sfera.az xəbər verir ki, bu bar...

HƏMAS İsraildəki terrora görə məsuliyyəti öz üzərinə götürdü

Fələstin HƏMAS hərəkatının hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları” Təl-Əvivin cənubunda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə gö...

Şəmkirdə məktəblinin öldüyü bıçaqlanma hadisəsinin DETALLARI - VİDEO

Şəmkirdə qətl törədilib.   Sfera.az xəbər verir ki, hadisə rayonun  Mahmudlu kəndində axşam saat 20 radələrində baş verib. Uzun illər bir s...