Bu qəzalar yol təsərrüfatına ziyan vurub - RƏSMİ

Bu qəzalar yol təsərrüfatına ziyan vurub - RƏSMİ

Bu gün gecə saatlarında Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 32-ci km-də yol təsərrüfatına ziyanla nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

 

Sfera.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

 

Məlumata görə, eyni vaxtda hər iki istiqamətdə hərəkətdə olan yük maşınları eyni ərazidə idarəetmədən çıxaraq yol ayrıcına çırpılıblar. Nəticədə yol ayrıcında olan dəmir tirlər və bir işıq dirəyi sıradan çıxıb.

 

Dərhal əraziyə Agentliyin əməkdaşları cəlb olunaraq yolun sözügedən hissəsində əlavə təhlükəsizlik tədbirləri görülüb, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.

 

Qəza nəticəsində yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov Aleksandr Lukaşenko ilə görüşdü

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Minskə rəsmi səfəri çərçivəsində oktyabrın 3-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görü...

İlham Əliyev “Prestij-Kimya” MMC-nin zavodunun təməlqoyma mərasimində iştirak etdi

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında...

"Qarabağ"ın futbolçusu ZƏDƏLƏNDİ

"Qarabağ" klubunun braziliyalı müdafiəçisi Mateus Silva Azərbaycan Premyer Liqasının VIII turunda "Sabah"la matçda (3:2) zədələnib.  ...

Cəbrayıl rayonunda “Karabakh Stone” MMC-nin zavodunun təməli qoyuldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası”...

Növbəti valyuta hərracı KEÇİRİLDİ - Bankların tələbi artdı

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. 2024-cü ilin oktyabrında baş tutan ikinci hərracda tələb bir qədər yüksəlib.   Sfera.az xəbə...

Prezident Cəbrayılın Soltanlı kəndində bu müəssisənin təməlini qoydu

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Cəbrayıl rayonunun Soltanlı kəndində “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fab...