DİQQƏT! Bu marşrutların hərəkət istiqaməti dəyişdirildi
Xırdalan şəhərinin Heydər Əliyev prospektində aidiyyəti qurum tərəfindən aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Qeyd olunub ki, məhdudiyyət səbəbindən E2, 135, 515, 517, 523, 535, 592 və 596 nömrəli marşrutların hərəkəti alternativ küçələr üzrə təşkil edilib. E2 nömrəli marşrutun avtobusları metronun "20 Yanvar" stansiyasından