Daha bir ölkə müharibəyə hazırlaşır

Kateqoriya məlum deyil
T
BMT-nin insan haqları üzrə komissarı Yəməndə hərbi əməliyyatların artması fonunda mülki itkilərin sayının artmasından narahatlığını bildirib və ölkənin yenidən tammiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaq üçün səylər göstərilməsinə çağırıb.
Sfera.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları Ofisindən məlumat verilib.
"Mən bütün tərəfləri gərginliyi azaltmağa və Yəmən xalqını daha çox əziyyət çəkməyə qoymamağa çağırıram. Yəmənlilər illərdir davam edən münaqişənin, köçkünlüyün və humanitar böhranın dağıdıcı təsirlərindən artıq çox əziyyət çəkiblər. Mən bütün tərəfləri Yəməndəki vəziyyəti yenidən tammiqyaslı münaqişəyə sürükləyə biləcək hər hansı bir hərəkəti dərhal dayandırmağa çağırıram" - Volker Türk bildirib./ajans
Açar sözlər:






