Fuad Nağıyevin müşaviri oldu
Kateqoriya məlum deyil
Dövlət Turizm Agentliyinin sədrinə yeni müşavir təyin olunub.
Sfera.az xəbər verir ki, bu barədə Agentlik sədri Fuad Nağıyev müvafiq Əmr imzalayıb.
Əmrə əsasən, Nigar Cəbrayılova sədrin müşaviri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, N.Cəbrayılova bu təyinatadək sədrin köməkçisi vəzifəsində çalışıb./iqtisadiyyat.az






