Dövlət rəsmiləri və vətəndaşlar "Ana harayı" abidəsini ziyarət edir - FOTO


Dövlət rəsmiləri və vətəndaşlar "Ana harayı" abidəsini ziyarət edir - FOTO

Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.

 

Sfera.az Trend-ə istinadən bildirir ki,  XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 33-ci ildönümü ilə əlaqədar "Ana harayı" abidəsi ziyarət olunur.

 

Abidəni dövlət və hökumət rəsmiləri, ziyalılar, ictimaiyyət nümayəndələri, habelə sadə vətəndaşlar ziyarət edir, abidə önünə gül dəstələri düzür.

 

Xatırladaq ki, Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür.

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətmişdir.

 

Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu soyqırım cinayəti nəticəsində 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs amansızlıqla qətlə yetirilmiş, şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuşdur. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.

 

Məqaləyə dair fotomateriallar:


OXŞAR XƏBƏRLƏR

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi...

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...