Logo

Nazirdən plastik cərrahların fəaliyyəti ilə bağlı açıqlama

Nazirdən plastik cərrahların fəaliyyəti ilə bağlı açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Səhiyyə naziri Teymur Musayev plastik cərrahların fəaliyyətinin yoxlanılması ilə bağlı görülən işlər barədə məlumat verib.

Sfera.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyinin nümayəndələrindən ibarət Komissiyanın yaradıldığını bildirib.

“İndiyə qədər komissiyanın beş iclası keçirilib. Ümumilikdə, 96 plastik cərrahiyyə mütəxəssisi sənədlərini təqdim edib. Bu iclaslarda 40 plastik cərrahın sənədləri araşdırılıb, onlar dəvət olunub və tam şəffaf şəkildə müvafiq yoxlamalar aparılıb. Təftiş komissiyasının fəaliyyətinin sonunda Səhiyyə Nazirliyinin rəsmi saytında plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR