Qanunsuz kömür istehsal edən şəxslər cərimələndi
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Göygöl, Qax, Şəki, Quba, Qəbələ, İsmayıllı, Oğuz və Astara rayonlarında qanunsuz yolla ağac kömürü istehsal edilən 43 kömür quyusu aşkar olunub. Sfera.az xəbər verir ki, bu haqda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı Göygöl rayonu Çaykənd, Zurnabad, Toğanalı, Qax rayonu Çüdüllü, Turaclı, Şotavar, Şəki rayonu Baş Şabalıd, Aşağı Göynük, Quba rayonu