Azərbaycanda 6 vəkilə cəza verildi


Azərbaycanda 6 vəkilə cəza verildi

Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

 

Sfera.az xəbər verir ki, iclasda çıxış edən ARVK-nın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

 

Sonra iclas gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını, icbari təlimi, habelə ixtisas imtahanının şifahi müsahibə mərhələsini uğurla başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib, onlara vəsiqə təqdim edilərək gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

 

Eyni zamanda iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, vəkillik fəaliyyətinə öz arzusu ilə xitam verilməsi və müəyyən müddətdə üzvlük haqqından azad olunması ilə bağlı müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.

 

Bundan başqa, “Vəkillər Kollegiyasının “Konstitusiya və Suverenlik İli” çərçivəsində Tədbirlər Planı” təsdiq edilib, o cümlədən “Vəkillik fəaliyyəti” adlı kitabın müzakirəsi və dərslik kimi təsdiq edilməsi məsələsinə baxılaraq müvafiq qərar qəbul edilib.

 

Həmçinin iclasda “Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edəcək tələbələrə maliyyə dəstəyinin verilməsi ilə bağlı ADA Universiteti və Bakı Dövlət Universitetinin Hüquq fakültələrinin müraciətlərinə baxılıb. Müvafiq maliyyə dəstəyin göstərilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul olunub.

 

Daha sonra iclasda “Hüquq mühafizə orqanları və vəkil peşələri arasında etik məsələlər üzrə əməkdaşlığa dair” İşçi Qrupunun yaradılması və vəkil üzvlərinin təyin edilməsi ilə bağlı Deontologiya Komitəsindən daxil olan müraciətə baxılıb. Rəyasət Heyəti tərəfindən "Hüquq mühafizə orqanları ilə etik davranış qaydaları üzrə əməkdaşlığa dair" və "Məhkəmə orqanları ilə etik davranış qaydaları üzrə əməkdaşlığa dair" İşçi Qruplarının yaradılması qərara alınıb.

 

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 4 vəkilə xəbərdarlıq edilib, 2 vəkilə isə töhmət verilib.


OXŞAR XƏBƏRLƏR

Nahid Bağırov kənd sakinləri ilə görüş keçirdi - FOTOLAR

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov bu gün Qurbanəfəndi kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib   Sfera.az bild...

Aprelin 1-dən bu sənəd yalnız onlayn veriləcək

Aprelin 1-dən avtonəqliyyat vasitələri ilə sərnişin daşımaları həyata keçirən hüquqi və fiziki şəxslərə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənm...

Avstriya XİN Bakı və İrəvanın sülh razılaşmasını alqışlayır

Avstriya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmaların əldə olunmasını müsbət qiymətləndirib.   ...

Bakı Forumunun açılış mərasimindən görüntülər- VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edib.   Sfera.az tədbirdən hazırlanmış...

Putin: "Ukraynada atəşkəs təklifi ilə razıyıq, amma..."

"Rusiya Ukraynada döyüş əməliyyatlarının dayandırılması təklifi ilə razıdır, lakin o uzunmüddətli sülhə gətirməli və böhranın ilkin səbəblərini aradan qald...

Ağstafada dönərdən kütləvi zəhərlənmə

Ağstafada 8 nəfər dönərdən zəhərlənib.   Sfera.az xəbər verir ki, hadisə rayonun özündə yerləşən dönərxanaların birində qeydə alınıb.   İl...