Bu ilin ilk Ay tutulması başladı

Bu ilin ilk Ay tutulması başladı

Bu ilin ilk Ay tutulması Bakı vaxtı ilə saat 07:57-dən etibarən başlayıb.

 

Sfera.az xəbər verir ki, bu 2025-ci ilin tam Ay tutulmasıdır.

 

Tutulma hadisəsi Şimali və Cənubi Amerika, Avstraliyanın çox hissəsi, Avropanın qərbi, Asiyanın şərq hissəsi, Sakit və Atlantik okeanı, Arktika və Antarktidanı əhatə edir.

 

Bakı vaxtı ilə saat 07:57-də başlayan tutulma hadisəsi 14:00-da bitəcək. Ümumilikdə tutulma 6 saat davam edəcək, tam tutulma isə saat 10:26-da başlayıb saat 11:31-də bitəcək. Tam tutulmanın maksimumu saat 10:58-də olacaq.

 

Məlumat üçün bildirək ki, Ay tutulmasının baş vermə səbəbi Yerin orbit müstəvisi ilə Ayın orbit müstəvisinin cəmi 50 fərqlənməsidir. Ay tutulması Ayın bədrlənmiş fazasında orbitinin düyünlərində və ya ona yaxın olduqda baş verir. Yer Günəşlə Ay arasına keçərək Günəşdən gələn işıq şüalarının qarşısını kəsir. Bu zaman Ay tutulması baş verir. Ay tutulmasının müddəti Günəş tutulmasından uzun olur. Çünki Yerin kölgəsi Ayın kölgəsindən daha böyükdür. Ay tutulmasının üç növü var: Tam, qismən və yarımkölgəli Ay tutulması. Tam Ay tutulması zamanı Ay tamamilə Yerin kölgəsinə keçir. Qismən Ay tutulması zamanı Yerin kölgəsi Ayın diskini bütövlükdə örtmür. Yarımkölgəli Ay tutulması zamanı isə Ayın diski sadəcə Yerin yarımkölgəsinə keçə bilir, yəni onun zəif xarici kölgə hissəsindən keçir. Ay azacıq tündləşir ki, bunu da fərq etmək çətin olur.

 

Tam Ay tutulması zamanı Günəş işığının bir hissəsi Yer atmosferindən keçərək sınır və Ayın səthinə çatır. Atmosferdəki hava molekulları və toz hissəcikləri qısa dalğa uzunluğuna malik olan mavi və bənövşəyi işığı daha çox səpir, uzun dalğalı qırmızı və narıncı işıq isə atmosferdən keçərək Ayın səthinə düşür. Nəticədə, Ay qırmızımtıl və ya mis rəngində görünür.

 

Xatırladaq ki, gözlənilən tam Ay tutulması yerli vaxtla gündüz saatlarına uyğun gəldiyi və Ay üfüqdən aşağıda olacağı üçün Azərbaycandan görünmür.

 

Qeyd edək ki, sentyabrın 7-də isə ikinci Ay tutulması olacaq. Tutulma əsasən Avropa, Asiya, Afrika, Avstraliyanı, Hind okeanı, Antarktidanı əhatə edəcək. Şimali Amerikanın qərbi, Cənubi Amerikanın şərqi, Sakit okean, Arktikada isə qismən və yarımkölgəli tutulma müşahidə olunacaq. Tutulma prosesi Bakı vaxtı ilə saat 19:28-də başlayacaq və 8 sentyabr 00:55-də bitəcək. Diskin tam tutulması isə 21:30-da başlayacaq və 82 dəqiqə

davam edəcək.

 


OXŞAR XƏBƏRLƏR

NASA "Qanlı Ay"ın görüntüsünü paylaşdı - FOTO

2025-ci ilin ilk tam Ay tutulması baş verib. Dünyada nadir müşahidə olunan bu təbiət hadisəsi zamanı Ay qırmızı rəngə bürünüb.    Sfera.az &ldqu...

Bu dərman böyrək çatışmazlığı yaradır - Həkim rəyi

Bədən üçün faydalı bir mineral olan maqnezium çatışmazlığı sümük sağlamlığı, əzələ funksiyaları və ürək sağlamlığına mənfi təsir göstərə bilər. Lakin hər bir vi...

Azərbaycanda əməkhaqqı 13 faiz artdı - Rəsmi

2025-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1757,0 min nəfər olmuş, onlardan 879,5 min nəfəri iqtisadiyyatın dövlət ...

Azərbaycanda İLK: Bambukdan bağ saldı, əşyalar düzəltdi + VİDEO

Lənkəran rayonunun Talışlı kəndində gözoxşayan bir bambuk bağı var.   Sfera.az xəbər verir ki, 1992-ci ildən rayonun Talışlı kəndində yaşayan Eynulla...

Xalq artistinin bu görüntüsü gündəm oldu - FOTO

Xalq artisti Məleykə Əsədova yoqa edərkən çəkdirdiyi fotosunu paylaşıb.   Sfera.az xəbər verir ki, aktrisa fotoya bu sözləri qeyd edib:  ...

Çində sifarişlər dronla çatdırılır - VİDEO

Çində kiçik həcmli yüklərin daşınması üçün təqdim edilən karqo xidmətlərində dronlardan geniş istifadə edilməyə başlanılıb.   Sfera.az xəbər verir ki...