Azərbaycanlı ailələrdə tərbiyə üsulları: Hansı metodlar daha sərfəlidir?

Azərbaycanlı ailələrdə tərbiyə üsulları: Hansı metodlar daha sərfəlidir?

Azərbaycan cəmiyyəti tarixən güclü ailə bağları və ənənəvi tərbiyə dəyərləri ilə seçilib. Amma son illərdə sosial-iqtisadi dəyişikliklər, urbanizasiya, qloballaşma və texnologiyanın inkişafı valideynlərin tərbiyə metodlarına təsir edib. Uşaqların böyümə və formalaşma prosesi zamanı tətbiq edilən tərbiyə üsulları onların gələcəkdə sosial münasibətlərini, özünəinamını, emosional stabilliyini və qərarvermə bacarıqlarını müəyyənləşdirir. Bu baxımdan düzgün tərbiyə metodunun seçilməsi uşaqların gələcək inkişafında mühüm rol oynayır. 

 

Bəs Azərbaycan ailələrində son illərdə tətbiq edilən tərbiyə üsulları hansılardır və onların uşaqların psixologiyasına necə təsiri var?

 

Sfera.az mütəxəssislərin fikirlərinə istinadən xəbər verir ki, ənənəvi Azərbaycan ailələrində valideynlər tərbiyəni nəsildən-nəslə ötürülən qaydalar əsasında aparıblar. Əsas dəyərlər böyüklərə hörmət, ailə birliyinin qorunması və kollektiv qərarvermə prinsiplərinə söykənib. Lakin müasir dünyada fərdilik və uşaq psixologiyasının nəzərə alınması getdikcə daha vacib faktor halına gəlib. Ənənəvi tərbiyə modelində valideynlər uşaqlardan itaətkarlıq, böyüklərə hörmət və ailənin müəyyən etdiyi çərçivəyə uyğun davranış gözləyirlər.

 

Ənənəvi modelin əsas xüsusiyyətləri bunlardır:

 

Sərt intizam. Uşaq müəyyən çərçivələr daxilində böyüyür, qaydaları pozmamaq üçün cəza üsulları tətbiq olunur.

 

Böyüklərin sözünün mütləq doğru qəbul edilməsi. Valideynlər və yaşlı nəslin nümayəndələri uşaqlara nəyin “düzgün” və nəyin “yanlış” olduğunu müəyyən edir.

 

Şəxsi fikirlərin məhdudlaşdırılması. Çox vaxt uşaqlara sərbəst şəkildə öz fikirlərini ifadə etmək imkanı verilmir. Bu cür tərbiyə alan uşaqlar çox vaxt avtoritetə tabe olmağa meyilli olurlar. Onlarda özünəinam problemi yarana bilər və müstəqil qərar qəbul etməkdə çətinlik çəkə bilərlər.

 

Müasir valideynlər isə daha çox uşağın psixoloji inkişafına diqqət yetirirlər. Onlar övladlarının şəxsiyyət kimi formalaşmasını və sərbəst qərarlar qəbul etməsini dəstəkləyirlər.

 

Bu modelin əsas xüsusiyyətləri aşağıdakılardı:

 

Uşaqların fikirlərinə hörmət. Valideynlər uşaqların fikirlərini dinləyir və onları ciddiyə alırlar.

 

Dost münasibəti. Sərt intizamdan çox, uşaqlarla açıq ünsiyyət və qarşılıqlı anlaşmaya üstünlük verilir.

 

Cəza əvəzinə izah yolu ilə tərbiyə. Uşağın hərəkətlərinin nəticələri ona başa salınır və fiziki cəza tətbiq olunmur. Belə tərbiyə alan uşaqlar özünəinamlı, müstəqil və yaradıcı düşüncəyə malik olurlar. Onlar daha açıq fikirli və sosial adaptasiyası yüksək olan fərdlər kimi formalaşırlar.

 

Lakin həddindən artıq sərbəstlik uşağın məsuliyyətsiz böyüməsinə də səbəb ola bilər. Tərbiyə üsulu uşağın şəxsiyyət kimi formalaşmasına və gələcəkdə qarşılaşacağı problemlərə necə reaksiya verməsinə birbaşa təsir edir.

 

Ümumiyyətlə, tərbiyə üsulları üç əsas kateqoriyaya bölünür. Bunlardan birincisi Avtoritar tərbiyə (Sərt qaydalı) üsuludur. Bu tərbiyə üsulunda valideynlər uşaqlara qarşı ciddi nəzarət edirlər və onlara söz haqqı vermirlər. Uşaq səhv etdikdə cəzalandırılır və itaət tələb olunur. Bu zaman uşaq öz hisslərini və fikirlərini ifadə etməkdən çəkinir, çox vaxt özünə qarşı inamsız olur və qərar verməkdə çətinlik çəkir və avtoritet fiqurlarına qarşı həddindən artıq hörmət və ya əksinə üsyankar münasibət formalaşa bilər. Digər kateqoriyada isə demokratik tərbiyə (Balanslı və açıq ünsiyyətə əsaslanan) üsulu dayanır. Bu modeldə uşaqlarla ünsiyyət qarşılıqlı hörmətə və anlayışa əsaslanır. Valideynlər uşağın fikirlərini dinləyir, onun müstəqil qərar qəbul etməsinə imkan yaradırlar.

 

Uşaq özünü ifadə etməyə daha açıq olur, məsuliyyət hissi formalaşır və sosial adaptasiya güclənir və uşaq özünəinamlı və təşəbbüskar bir şəxsiyyət kimi böyüyür. Laqeyd tərbiyə (Valideynin diqqətsizliyi və ya passivliyi) tərbiyə üsulunda isə valideynlər uşaqlarına yetərincə diqqət ayırmırlar. Nəticədə uşaqlar öz emosional ehtiyaclarını ödəmək üçün fərqli yollar axtarırlar. Azərbaycan cəmiyyətində tərbiyə üsulları zamanla dəyişsə də, ailələrin əsas məqsədi uşaqları məsuliyyətli, tərbiyəli və uğurlu fərdlər kimi yetişdirməkdir. Ənənəvi tərbiyə ilə müasir yanaşma arasında balans tapmaq vacibdir. Uşaqların sağlam psixologiyaya malik olması üçün onların fikirlərinə hörmət edilməli, eyni zamanda, onlara düzgün istiqamət verilməlidir. Əgər valideynlər tərbiyə üsullarını uşaq psixologiyasını nəzərə alaraq düzgün müəyyən etsələr, daha sağlam və xoşbəxt nəsillər formalaşacaq.

 

Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda orta aylıq əmək haqqı artdı

Bu ilin yanvar ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 12,8% artaraq 1 063 mana...

Direktor vəzifədən azad edildi - Dövlət vəsaitini mənimsəyib

Dövlət vəsaitinin mənimsənilməsinə görə direktor vəzifəsindən azad edilib.   Bu barədə Sfera.az-a Məktəbəqdər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (...

Çin, Rusiya və İrandan ortaq bəyanat: "Sanksiyalar ləğv edilsin"

Çin, İran və Rusiyanın xarici işlər nazirlərinin müavinləri İranın nüvə proqramı ilə bağlı son vəziyyəti müzakirə etmək üçün Pekində görüş keçiriblər. Görüşün s...

Afətdən bu həmkarına AĞIR SÖZLƏR: “Anan qəbirdə itlə yatsın”

Müğənni Afət Fərmanqızı yenə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.   Sfera.az xəbər verir ki, bu dəfə də onun hədəfi həmkarı Vəfa Şərifova olub. M...

Əfv sərəncamı nə vaxt imzalanacaq?

"Əfv komissiyasının iclasları aprel ayında da davam edəcək".   Sfera.az bildirir ki,  bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Prez...

Magistraturaya qəbul imtahanının nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 16 fevral 2025-cü il tarixində keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini ela...