İnsanlar nə üçün yalan danışır? - Səbəblər

İnsanlar nə üçün yalan danışır? - Səbəblər

İnsanın davranışında yalan danışılması hallarına tez-tez rast gəlinir. Yalan danışmaq insan davranışlarının ən mürəkkəb və çoxşaxəli hissəsi hesab olunur. O, həm ailə həyatında, həm iş yerində, həm də düşdüyü digər mühitlərdə bəzən məcburiyyətdən, bəzən isə sadə səbəblərdən yalan danışmalı olur.

 

Sfera.az bildirir ki, psixoloji araşdırmalara görə, insanlar müxtəlif səbəblərdən yalan danışırlar və bu səbəblər şəxsi, sosial və mədəni faktorlarla sıx bağlıdır.

 

Psixoloqların apardığı araşdırmalara əsasən, insanların yalan danışdığına səbəb olan bir neçə əsas amil var.

 

Bəs ən çox hansı səbəblərdən insan yalan danışmalı olur?

 

1. İnsan özünü müdafiə və təhlükəsizlik məqsədilə yalan danışır.

 

İnsanlar özlərini qorumaq və ya cəzadan qaçmaq məqsədilə yalan danışması faktlarına tez-tez rast gəlinir. Bu vəziyyət, çox vaxt şəxsin özünü qoruma instinkti ilə əlaqədardır. İş yerində səhv etdikdə və ya şəxsi həyatda yanlış bir addım atıldıqda, insanlar həqiqəti inkar edərək və ya başqalarına günah yükləyərək qorunmağa çalışırlar.

 

2. Sosial uyğunlaşma və qəbullanma ehtiyacı insanı yalan danışdırır.

 

Çox zaman insanlar, başqalarının gözündə müsbət bir imic yaratmaq və sosial qəbulu təmin etmək üçün yalan danışır. İnsanlar başqalarına qarşı daha xoş və sevimli görünmək üçün kiçik yalanlar söyləyərək münasibətləri yaxşılaşdırmağa çalışırlar.

 

3. Eqoizm və özünü böyütmək hissi yalançılığa əsas yaradır.

 

Özünü daha yaxşı göstərmək məqsədilə də yalan danışmaq geniş yayılıb. İnsanlar, həyatda qazandıqları uğurları şişirdərək daha əhəmiyyətli göstərmək istəyirlər. Bu, onların eqo və status duyğusunu gücləndirir.

 

4. Qarşı tərəfi qorumaq və yaxşı göstərmək ehtiyacı.

 

İnsanlar, qarşı tərəfi incitməmək və ya hisslərini qorumaq məqsədilə yalan danışırlar. Bu, xüsusilə ailə və dostlar arasında, ağrılı və ya narahat edici vəziyyətlərdən qaçınmaq üçün edilir.

 

5. Qəbul edilməz həqiqətin gizlədilməsi ehtiyacı yalnçığa səbəb olan digər amildir.

 

Həssas mövzular və ya şəxsi həyatla bağlı ağrılı həqiqətləri başqalarından gizlətmək və ya başqa cür təqdim etmək üçün yalan danışırlar. Bu, boşanma, xəstəliklər və maliyyə problemləri kimi ağır mövzularla bağlı olur.

 

6. Hərəkət azadlığı yaratmaq istəyi də insanları yalana məcbur edir.

 

İnsanlar hərəkət azadlığı əldə etmək və daha çox manevr sahəsi yaratmaq üçün yalan danışırlar. Bu, xüsusilə iş və ya şəxsi həyatla bağlı daha rahat davranmağa imkan verir.

 

7. Manipulyasiya və başqalarını idarə etmək istəyi.

 

Başqalarını manipulyasiya etmək və onlara istədiklərini etdirmək üçün yalanlardan da istifadə edilir. İnsanlar başqalarını yönəltmək və öz məqsədlərinə çatmaq üçün bəzən həqiqətləri təhrif edirlər. Yalan danışmaq, qısa müddətli rahatlıq və ya gündəlik həyatı sadələşdirmək məqsədilə edilə bilər, amma uzun müddətdə insanlar üzərində mənfi təsir yaradır. Yalanın təsiri həm psixoloji (günahkarlıq hissi, etibar itkisi), həm də sosial (mövcud münasibətlərin pozulması) aspektlərində özünü göstərə bilər.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR