Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR
Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin açılışı olub. Sfera.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. Sərgidə müəllifin “Yuxulara səyahət”, “Pişik-qız və tısbağa rəqsi”, “Yelpik və albalı”, “Ürəklə qız”, “Günəşin uşaqları”, “Hind fili və kəpənəklər” kimi ilk dəfə məhz Bakıda tamaşaçı qarşısına çıxartdığı əsərləri də yer alıb.