Milli Qəhrəmanın atası vəfat etdi

Cəmiyyət
22:13 / 14.03.2025
3701
Azəbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Naiq Yusifovun atası Nəsir Yusifov 93 yaşında vəfat edib.
Sfera.az xəbər verir ki, mərhum sabah Tovuz rayonunun Ağdam kəndində dəfn olunacaq.
Qeyd edək ki, N. Yusifov 5 yanvar 1970-ci ildə Tovuz rayonunun Ağdam kəndində doğulub. O, 1990-cı ildə yerli özünümüdafiə dəstəsinə üzv yazılıb. 1992-ci il 24 martda Tovuz rayonunun Koxa - Nəbi kəndində gedən gərgin döyüşdən sonra N.Yusifov özü ilə yanaşı, döyüş yoldaşlarını da xilas etməyə cəhd göstərir. O, düşmənə ələ keçməmək üçün əlindəki qumbaranı sinəsinə sıxaraq qəhrəmancasına həlak olur.
Azərbaycan Prezidentinin Fərmanı ilə Yusifov Naiq Nəsir oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib