Bu tibbi Mərkəzin vəzifəli şəxslərinə cinayət işi açıldı


Bu tibbi Mərkəzin vəzifəli şəxslərinə cinayət işi açıldı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başlayıb.

 

Sfera.az bildirir ki,  Trend-in əldə etdiyi məlumata görə, artıq Mərkəzin rəhbərliyi və bir neçə həkim endokrinoloq barəsində cinayət işi başlanıb. Belə ki, istintaqa cəlb olunanlar arasında Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyə Əhmədova və digər şəxslər var.

 

Məlumata görə, istintaqa cəlb edilən rəhbər vəzifəli şəxslər Mərkəzdə ciddi qanun pozuntularına yol veriblər. Mərkəzdə xəstələrdən kütləvi şəkildə rüşvət tələb etmə, xəstə qəbulu prosesində nöqsanlar, qanunsuz reseptlərin yazılması, insulin və digər diabetik dərman preparatlarının pul müqabilində satılması kimi neqativ hallar müəyyən edilib.

 

Hətta, Mərkəzin həkimləri sağlam şəxslərə ağır dibaet diaqnozu qoyaraq onlara arayşları yüksək məbləğ müqabilində satıblar. Hazırda həbs edilənlər olmasa da bir neçə həkimin ev dustaqlığına alınması haqda qərar verilib.

 

Agentliyimiz tərəfindən sözügedən məsələ ilə bağlı müvafiq qurumlara sorğu göndərilib, lakin hələ cavab alınmayıb.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Bayden və Trampla əlaqələri belə müqayisə etdi

“Biz ABŞ-nin əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik”.   Sfera.az xəbər ...

Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...

Sabah Azərbaycanda Ramazan ayının 15-ci günüdür.   Sfera.az xəbər verir ki, imsak saat 05:26, iftar isə saat 19:02-yə təyin olunub.   İmsa...

İŞİD terror təşkilatının Suriya və İraq üzrə rəhbəri öldürüldü

İŞİD terror təşkilatının Suriya və İraq lideri Abdullah Maki Musleh El Rifai öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə İraqın Baş naziri M...

Sovet dövründəki kimi qonşuluq şəraitində yaşamalıyıq - Prezident

Ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olu...

Bu çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xızı rayonu, Zəngəzur küçəsi, ev 7 ünvanında fiziki şəxs İlyasova Mehparə Ağahüseyn qızına məxsus çörək ...

PA-nın Vətəndaş Qəbulu Mərkəzində aprel ayı üçün qəbul cədvəli AÇIQLANDI

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2025-ci ilin aprel ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. &nbs...