“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi

“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi

Veysəloğlu Şirkətlər Qrupunda (VŞQ) elan edilən “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) İdarə Heyəti ilə dəyirmi masa formatında görüş keçirilib. Görüş zamanı mövcud vəziyyət və gələcək əməkdaşlıq imkanları və perspektivləri müzakirə olunub. Tədbirdə VŞQ-nin müxtəlif strukturlarını təmsil edən rəhbər şəxslər iştirak ediblər.

 

Müzakirələr zamanı əməkdaşlığın yalnız qida təhlükəsizliyi sahəsi ilə məhdudlaşmadığı xüsusi vurğulanıb. Qeyd olunub ki, gələcəkdə - vergi, gömrük və digər biznesi maraqlandıran sahələrdə qarşılıqlı fəaliyyət, müvafiq sahələrə nəzarət edən dövlət qurumları ilə əlaqələrin təkmilləşdirilməsi istiqamətində addımlar atılması nəzərdə tutulur.

 

Görüşdə həmçinin qeyd edilib ki, AQİSA 300-dən artıq sahibkarı özündə birləşdirən və onların maraqlarını müxtəlif istiqamətlərdə təmsil edən geniş bir platformadır. Eyni zamanda vurğulanıb ki, Assosiasiyanın əsas missiyalarından biri üzv şirkətlərin çağırışlarını  vahid mövqedən dövlət qurumlarına çatdırmaq və bu məsələlərin açıq dialoq yolu ilə həllinə dəstək olmaqdır. Xatırladılıb ki, dövlət-özəl sektor dialoqunda fəal iştirak, AQİSA-nın sahibkarlarla dövlət arasında mühüm bir körpü rolunu yerinə yetirməsinə şərait yaradır. Bu yanaşma, sektorun şəffaf, dayanıqlı və innovativ inkişafına töhfə verməklə yanaşı, hər bir üzv şirkətin fərdi maraqlarının qorunmasına da xidmət edir.

 

Veysəloğlu Şirkətlər Qrupu, AQİSA ilə əməkdaşlıq çərçivəsində gələcəkdə də qida təhlükəsizliyi, texniki tənzimləmə, ixrac təşviqi və digər strateji sahələr üzrə təşəbbüsləri dəstəkləməyə, həmçinin yüksək standartlara uyğun fəaliyyətini genişləndirməyə hazır olduğunu bildirib.

 

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 7 iyun tarixi “Ümumdünya Qida Təhlükəsizliyi Günü” kimi təsis edilib. Bu təşəbbüs qida təhlükəsizliyinin yalnız lokal deyil, eyni zamanda qlobal miqyasda prioritet məsələ olduğunu nümayiş etdirir və elmi-praktik yanaşmaların əhəmiyyətini bir daha ön plana çıxarır.

 

Veysəloğlu Şirkətlər Qrupu  bu qlobal çağırışa dəstək vermək və qida təhlükəsizliyi sahəsində ictimai maarifləndirməni gücləndirmək məqsədilə 2025-ci ilin iyun ayını şirkət daxilində “Qida Təhlükəsizliyi Ayı” kimi elan edib.


OXŞAR XƏBƏRLƏR

Paşinyan Kallasla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.   Sfer...

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...

Təbiət möcüzəsi: Dünyanın ən quraq səhrası qarla örtüldü

Çilidə nadir təbiət hadisəsi baş verib. Dünyanın ən quraq çölü kimi tanınan Çili Atakama səhrası gözlənilmədən qarla örtülüb.   Sfera.az bildirir ki, d...

Çində güclü sel: 110 mindən çox insan təxliyə edildi

Çinin Siçuan əyalətində 3 gündür yağan yağışların yaratdığı fəsadlara görə təxminən 73 min nəfər təxliyə olunub.   Sfera.az xəbər verir ki, bu barədə...

Rusiyada öldürülən qardaşların meyiti Bakıya gətirildi

Yekaterinburqda amansızlıqla qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların meyiti Azərbaycana gətirilib.   Sfera.az xəbər verir ki, “Ural Hav...