Elarizin qızı məhkəmədə ifadə verdi

Elarizin qızı məhkəmədə ifadə verdi

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə istintaqı qaldığı yerdən davam edib.

 

Sfera.az “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Nizami Alışanın həyat yoldaşı, Amerikada yaşayan müğənni Elarizin qızı olan Günel Alışan əlavə şahid kimi ifadə verib.

O, yoldaşının saxlanıldığı günü və bu barədə digər məsələləri dəqiqləşdirmək üçün tərəflərin suallarını cavablandırıb.

 

Xanım şahid deyib ki, həyat yoldaşı ilə saxlanıldığını bildiyi tarixdən 8 gün əvvəl əlaqəsi kəsilib:
 

“Aprelin 9-u axşamçağı zəng etdim, telefonuna zəng çatmadı. Bundan sonrakı günlərdə də heç bir xəbər ala bilmədim. 24 saat sonra polisə müraciət etdim. Araşdırma başlanandan bir gün sonra-aprelin 11-i Nizami zəng elədi. Dedi ki, Kibercinayətkarlıqla Mübarizə İdarəsindədir. Beş gün sonra yenidən mənə zəng etdi, saxlanıldığı idarəyə gəlməyimi istədi. Mən gedəndən sonra vəkilindən imtina etmək istədiyini dedi. Amma imtina ərizəsi yazana kimi, Nizamini Kürdəxanıya göndərdilər”.

 

Şahid yalnız ərinin saxlanılması anı ilə bağlı danışıb, digər sualları cavablandırmaqdan imtina edib.


Qeyd edək ki, Nizami Alışan eyni zamanda AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur.


OXŞAR XƏBƏRLƏR

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...

Təbiət möcüzəsi: Dünyanın ən quraq səhrası qarla örtüldü

Çilidə nadir təbiət hadisəsi baş verib. Dünyanın ən quraq çölü kimi tanınan Çili Atakama səhrası gözlənilmədən qarla örtülüb.   Sfera.az bildirir ki, d...

Çində güclü sel: 110 mindən çox insan təxliyə edildi

Çinin Siçuan əyalətində 3 gündür yağan yağışların yaratdığı fəsadlara görə təxminən 73 min nəfər təxliyə olunub.   Sfera.az xəbər verir ki, bu barədə...

Rusiyada öldürülən qardaşların meyiti Bakıya gətirildi

Yekaterinburqda amansızlıqla qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların meyiti Azərbaycana gətirilib.   Sfera.az xəbər verir ki, “Ural Hav...

Rusiyada öldürülən qardaşların dəfn yeri açıqlandı

Rusiyanın Yekaterinburq şəhərində xüsusi amansızlıqla qətlə yetirilən azərbaycanlı qardaşlar-Ziyəddin və Hüseyn Səfərov Ağcabədidə dəfn ediləcək.   S...

"Ailəli olduğum vaxtlar ən ağır dövrüm idi" - Aynişandan etiraflar

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva həyatı ilə bağlı etiraflar edib.   Sfera.az xəbər verir ki, bloger bir müddət əvvəl a...