İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib - FOTO

“Azərsun Holdinq” şirkətlər qrupu “Azərşəkər” və “Evim” markalı qənd məhsullarının istehsal edildiyi İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edib.
Tur çərçivəsində media nümayəndələri kəllə qəndin istehsalı prosesi ilə yaxından tanış olublar. Jurnalistlər xammalın qəbulundan, hazır məhsulun qablaşdırılması mərhələsi daxil bütün prosesin standartlara uyğun, tam gigiyenik və müasir avadanlıqlarla həyata keçirildiyini müşahidə ediblər.
Kəllə qəndin heç bir kimyəvi və süni qatqı olmadan və təbbi texnoloji proseslə ağardılmasının şahidi olan media nümayəndələrinə bu prosesdə mühüm rol oynayan sentrafuqa (mərkəzdənqaçma) avadanlığı haqqında da məlumat verilib. Bu avadanlıq vasitəsilə bişirmə prosesində qənd kristallarının tərkibində qalan tünd rəngli sirop (mət) avadanlığın yüksək dövr etməsi ilə (dəqiqədə 500-600 dəfə) xaric olunur ki, nəticədə qənd məhsulu təbii şəkildə bəyazlaşır.
İmişlidə fəaliyyət göstərən müəssisənin istehsalat prosesində xammal kimi ölkə ərazisində yetişdirilən şəkər çuğundurundan istifadə edilir ki, bunun da nəticəsində yerli fermerlərə mühüm dəstək göstərilir.
Qeyd edək ki, zavodda istehsal prosesi ən yeni və beynəlxalq standartlara cavab verən texnoloji avadanlıqlarla həyata keçirilir.