Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
Bu gün paytaxtın Yasamal və Xəzər rayonlarının elektrik şəbəkələrində təmir və yenidənqurma işləri aparılacaq. Sfera.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Arif Mehdiyev, Ələsgər Ələkbərov, Əsəd Əhmədov, Murad Mirzəyev küçələri, Hüseyn Cavid prospekti, İkinci Alatava yaşayış massivinin bir