Fevraladək yarım milyona yaxın insan öləcək - TÜKÜRPƏDƏN PROQNOZ

Fevraladək yarım milyona yaxın insan öləcək - TÜKÜRPƏDƏN PROQNOZ
Kateqoriya məlum deyil
T

Bu ilin “Super El Nino” hava hadisəsinin yaratdığı həddindən artıq isti temperatur qarşıdakı aylarda dünyada yüz minlərlə insanın ölümünə səbəb ola bilər.


Sfera.az xəbər verir ki, “Reuters”in məlumatına görə, Çikaqo Universitetinin “Climate Impact Lab” araşdırma qrupu bildirib ki, 2026-cı ilin sentyabrından 2027-ci ilin fevralına qədər davam edəcək altı aylıq dövrdə ekstremal istilər dünya üzrə 451 minədək əlavə ölümə səbəb ola bilər.


Araşdırmaya əsasən, həddindən artıq isti günlərin sayı normal illərlə müqayisədə 44 faiz artacaq.
Ən çox əlavə istiliklə əlaqəli ölümün Nigeriyada qeydə alınacağı proqnozlaşdırılıb. Belə ki, sentyabr 2026–fevral 2027-ci il dövründə ölkədə təxminən 31 400 əlavə ölümün baş verə biləcəyi bildirilib. Nigeriyanı İndoneziya 19300, Sudan isə 17600 ölümlə izləyir.


Afrikanın Sahel bölgəsində, o cümlədən Niger, Çad, Nigeriya və Sudanda ekstremal istilər nəticəsində altı ay ərzində əlavə 66800 ölümün baş verəcəyi ehtimal olunub.


Filippin, Vyetnam, Tailand və Kambocada isə ümumilikdə daha 19400 ölüm proqnozlaşdırılıb. Tədqiqatçılar bildiriblər ki, “El Nino” hadisəsinin 2027-ci ilə qədər davam etməsi halında ölüm sayı daha da arta bilər. Xüsusilə Şimal yarımkürəsinin Hindistan və Pakistan kimi ölkələrinin yay aylarında yüksək risk altında olacağı qeyd edilib.
“Climate Impact Lab” bu ilki “El Nino”nu gələcəkdən bir görüntü kimi xarakterizə edib.

Qeyd olunub ki, hadisənin yaratdığı temperatur səviyyələri qarşıdakı bir neçə onillik ərzində normal hala çevrilə bilər.


Araşdırmaçılar qarşıdakı aylarda istilərlə bağlı ölüm hallarının qarşısını almaq üçün təcili tədbirlərin riskin yüksək olduğu bölgələrə yönəldilməsinin vacibliyini vurğulayıblar.


Çikaqo Universitetinin iqtisadçısı və “Climate Impact Lab”ın həmtəsisçisi Maykl Qrinstoun bildirib ki, araşdırma qərarvericilərə qarşıdakı aylarda on minlərlə insanın həyatını xilas etmək üçün təcili tədbirlərin hansı bölgələrdə görülməli olduğunu göstərir.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR